Fəxr edirəm ki, jurnalistəm. Hər bir ölkəni onun jurnalistikası yaradır. Çoxdan başlamışıq. Yaradacağıq. Hələ həyat qabaqdadı. Ümumiyyətlə arxada həyat olmur. Gerçəkdə olmur. Bizim isə arxada da həyatımız qalıb. Alacağıq. Yetər ki, jurnalistika bütün hakimiyyətlərin fövqündə durmağa borclu olduğunu dərk etsin. Şəxsi durumumuz yaxşıdı. 

Ardını oxu...

Hər bir insanın hansı il, ay, gün, saatda, hansısa torpaqda,  ünvanda və hansı atanın və ananın övladı olaraq dünyaya gəlməsi özü tərəfindən müəyyənləşdirilmir. Buna görə də insanların hər biri bu sadaladıqlarımızdan birini dəyişdirmək məsuliyyətini daşımır...

Ardını oxu...


Adil Mirseyid mənim sevdiyim və öyrəndiyim, böyük hesab elədiyim şairlərdən biri idi. 1995-ci ildə tanış olmuşuq. Bəlkə 100 kilometrlərlə piyada yol qət eləmişik, tonlarla çörək yemişik, nə bilim meqabaytlarla söhbət etmişik. Adil Mirseyidlə bir kiçik həmkarı kimi ən çox ədəbiyyat, poeziya söhbəti edən adam yəqin ki, mən olmuşam, çünki söhbətimiz tuturdu.

Ardını oxu...


  Bu gün çağdaş Azərbaycan ədəbiyyatının son iyirmiillik ümümi mənzərəsi heç də birmənalı qarşılanmır. Bir oxucu kimi mən də bu qənaətdəyəm. Narahatlıq doğuran  problemin həm obyektiv, həm də subyektiv səbəbləri var. Axı “tarixən müəyyən zaman kəsiyində mövcud olan ictimai-iqtisadi quruluş qəflətən dağılanda onun diktə etdiyi ideologiya çərçivəsində ( yaxşı, ya da pis—fərqi yoxdur) formalaşan cəmiyyətdə istər-istəməz   xaotik vəziyyət yaranır. Cəmiyyətin ayrı-ayrı fərdlərinin taleyi gözlənilmədən qopan tufanın, qəzəbli qasırğanın daşa –divara çirpdığı xəzəllərə bənzəyir və bu qəfil “zəlzələ” bütövlükdə cəmiyyətin mənəvi dünyasında  elə dərin bir “boşluq” yaradır ki,  həmin “boşluğu”  doldurmaq kimi ağır bir yük yazıçıların öhdəsinə düşür. Belə bir taleyi xalqımız da yaşadı. Təəssüf  ki, sovet dönəmindən sonra arada əmələ gələn müvəqqəti “ boşluğun” gətirdiyi sərbəstlik  “sərməstliyə” rəvac verdi. “Mən ədəbiyyat yaradıram” deyə-deyə dil boğaza qoymayanlar meydanı boş görüb “qələmə sarıldılar”...”(kursiv E.E) və nəticədə qəribə bir mənzərə yarandı. Lakin bədbin olmağa dəyməz , çünki gec-tez ZAMAN hər şeyi yerbəyer eləyir. Artıq ideya, məzmun, dil və bədii dəyər baxımından seçilən xeyli əsər meydana çıxıb, demək “bulanmış sular durulmaqdadır”. 

Ardını oxu...


... ay "o" cular, cənablar, əslində sizə-bir qrup xain sindromundan əziyyət çəkənlərə cavab vermək ağılsızlıqır. Anar müəllimin sizi sevindirəcəyinə inanmadığım üçün bu "ağılsızlığı" öz üzərimə götürürəm. Həm də ona görə ki, Anar müəllim məni şəxsən tanımır, heç vaxt şəxsi maraqlarıma görə qəbulunda olmamışam, işim keçsin deyə ağız açmamışam. Yəni sinəmi qabağa verməkdə başqa məna axtarmağınıza yer yoxdur. Bu sizin çağrışınıza  və təklifinizə cavab, səbrimin daşmasının məhsuludur, haqqsızlığa dözə bilməməyimin ifadəsidir.

Ardını oxu...


Bir vaxtlar bu tiplər “azadlığa çıxıb” palatka toylarında çalıb-oxumağa gedərdilər. Ərinə arvadlıq etməyi bacarmayıb evdən qovulanlar (boşanmaq mədəni işdir), atasından bezənlər, yolundan azanlar daha çox mikrafona meyl edirdilər. Restoranda, barlarda “yaradıcılıq”la məşğul olurdular. Zaman keçdikcə həmin “bazar” öldü. O qədər çoxaldılar ki, bu “bazar”da ayaq basmağa yer qalmadı.

Ardını oxu...


Poeziyanın söz qədər yaşı vardır. Ən qədim ədəbiyyat nümunələri nəzmdə yazılmışdır. Poeziya-insanın mənəvi təbiətinin rəsmi, melodiyasıdır. Şair-rəssamların rənglərlə çəkdiyi rəsmi sözlə yaradan insandır. Şeir duyğuların, mənəvi halın sözlə əbədiləşməsidir. Şeir oxumaq hər bir insanın mənəvi ehtiyacıdır. Eyni şeir hər oxucusunda fərqli hisslər oyadır, başqa bir ruh halı yaşadır.

Ardını oxu...



Şair Azər Abdulla ilə söhbətimiz boyunca nəsə – anlaya bilmədiyim – qəribə bir əhval hakim kəsildi mənə. Kədər desəm, kədər deyildi, bədbinlik heç deyildi. Amma ağrıdıcı, əzablı və eyni zamanda xoş bir duyğu idi. Ürəyimdə göynədici yanğı hissi, boğazımda qəhər yumruğu ilə ayrıldım şairdən. Sonra anladım o duyğunun mahiyyətini – həyatın faniliyini bir daha dərk etmişdim mükaliməmiz boyu. Maraqlı burasıdır ki, bədbinləşmədim bu həqiqətin bir daha bütüncə boyu ilə qarşımda dayanmasından... Və yenidən əmin oldum ki, həyatın faniliyini düşünmədən İnsanca və İnsan üçün yaşamaq lazımdır. Paskal yazır ki, zaman axınının hər şeyi necə yuyub apardığını hiss etmək çox dəhşətlidir. Həmsöhbətimin isə zamanla bağlı özünəməxsus düşüncələri var. Paskalın nəzərdə tutduğu dəhşəti o yaşamır. “Niyə”sini başa düşdüm: yalnız və yalnız danılmaz həqiqəti müdrikcəsinə dərk etmiş insan əbədiyyət və  fanilik haqqında belə sakit, işıqlı gözlərlə, təbəssümlə danışa və nostalji anlada, nostalji yarada bilər...

Ardını oxu...