Bir vaxtlar bu tiplər “azadlığa çıxıb” palatka toylarında çalıb-oxumağa gedərdilər. Ərinə arvadlıq etməyi bacarmayıb evdən qovulanlar (boşanmaq mədəni işdir), atasından bezənlər, yolundan azanlar daha çox mikrafona meyl edirdilər. Restoranda, barlarda “yaradıcılıq”la məşğul olurdular. Zaman keçdikcə həmin “bazar” öldü. O qədər çoxaldılar ki, bu “bazar”da ayaq basmağa yer qalmadı. Özlərini “təsdiq” etmək istəyən “fitri istedadlar”ın artıq soyunub ora buralarını göstərməklə də məşhurlaşması mümkünsüz oldu. Öz “bilik və bacarıqları"na güvənənlər kəndilərinə yeni xanə axtarmalı oldular. Və bədbəxtlikdən bəzi saytlar, bir sıra “reket” qəzetlər onlara bəlli maraqlarla yer verdilər. Azərbaycan dilində yazıb-pozmağı bacarmamaları cəhənnəmə, ictimai-siyasi həyatdan, ədəbiyyatdan, tərbiyədən, əxlaqdan xəbəri olmayan, ən yaxın qohumlarının belə imtina etdiyi bu fərdlər əllərinə qələm alan kimi, yekə iddialara düşdülər. Bir-iki reportaj-filan hazırlayıb (?) özlərini biabır etdikdən sonra “roman yazıram” iddialarına düşdülər. Ortada isə uzağı hansısa yaramaz bir cızma-qara var. Və qablarında bir şey olmadığını ortaya qoyduqdan sonra əsl məramları da üzə çıxdı. Davranışlarıyla, çıxardıqları hoqqalarla sübut etdilər ki, mediaya, yazarlığa sadəcə kimlərəsə acıq vermək, yaxud da “bax, mən artıq filan tanınmış yazarla, ədəbiyyat adamı ilə oturub-dururam, onun hətta yatağına girirəm” mesajlarını vermək üçün bu sahəyə soxulublar. Məqsəd heç də yazıb-pozmaq deyil, başqadır... Hə, bir də burada az-çox məşhurlarıb özlərini bir az bahalı “mal” kimi təqdim etməyi öncədən planlayanlar da çoxdur.

 Təbii, media, ədəbiyyat aləmində belə tiplərin açıq-saçıq geyimlərindən,  davranışlarından, “alkaş”lıq etmələrindən, pafosla azad sexdən-zaddan danışmalarından xoşhal olub, onlara “yaradıcılıq meydanı” verənlər bu xanımcanlara ilkin məhrələdə lazım idilər. Sonrakı dörv üçün həmin gənc “kapitanlar” onların maraqlarını təmin etmək qüdrətində deyildilər. Çünki bu tiplərə “CİP”, kirayə haqlarını ödətmək, bazarlıq etdirmək üçün loxlar da lazım idi... “Kapitanların” isə bu imkanı gerçəkdən yox idi.

Odur ki, bu adamlar orta nəsil ədəbiyyat adamlarına, yazarlara, azdan-çoxdan əlaqələri, imkanları olan bir qədər yaşlı qələm adamlarına “ilişməyə”, qara yaxmağa başladılar. Sanballı yazıçılara, yazarlara böhtanlar yağdırdılar ki, onların “qəbuluna” düşələr, bəlkə nəsə alındı. Bu kişilər isə dünyadan baş çıxaran adamlardır, təbii və şübhəsiz ki, həmin “xanımcanları” ciddi olaraq qəbul edə bilməzdilər. Geyim-kecimlərinə, davranışlarına baxıb da bu hikkəli və qorxulu tip olduqlarından kişisizlikdən əziyyət çəkənlərə sadəcə əhəmiyyət vermədilər. Bəzilərinin isə bunlara yazığı gəldi və haqlı olaraq onlara layiq olduqları münasibəti göstərdilər. Baxdılar ki, bu yazıqlar o qədər gədə-güdələrlə üz-üzə qalıblar ki, gerçək bir kişiyə bircə saatlıq da olsa ciddi ehtiyacları var. Və onları heç də “yazar”, “şairə” etmək istəmədilər, imkan vermədilər belələri ədəbiyyat aləminə doluşub “ədəbi fahişəliklə” məşğul olsunlar. Onlarla sadəcə “təyinatları”  üzrə davranmağın daha doğru olduğunun fərqinə vardılar.

Bu “qiymətdən” qeyzlənən “civi”lər isə başlayıblar orta nəsil ədəbiyyat adamlarını, yazarları şərləməyə. Guya ta bu kişilər bu yarımçıqlardan ötrü ölürmüş, bunlar da onları guya bəyənmirmiş. Guya məşhur adamlar bunlarla yatmaq istəyib, bunlar qaçıb canlarını qurtarıblar. Siz öləsiniz elə!

Hələ bilmirsiniz ki, o kişilərin yazı yazdığı qələmlə, klaviatura ilə “sevişməyə” belə layiq deyilsiniz? Heç bilirsiniz sizin kimilər onlara tam gərəksizdir? Bəli, ola bilər, bəziləri könlünüzü qırmamaq üçün sizlərə hansısa formada maraq edib. Təbii, bu zaman ədəbiyyatdan yox, yazarlıqdan yox, əyləncəli məsələlərdən danışmağın doğruluğunun fərqində olduqları üçün sizinlə stress atmaq istəyiblər. Və əcəb ediblər! Siz isə hətta layiq olmadığınız, amma qarşınıza çıxan bu şansdan yararlanmamısınızsa, günah özünüzdədir.  Çünki siz bu dəfə bir gədə ilə yox, bir kişi ilə heç olmasa bir neçə saatınızı keçirə bilərdiniz.

Bunu yəqin ona görə etməmisiniz ki, birdən-birə “ucuz mal”a çevrilmək istəməmisiniz. Amma o yaşlı-başlı adamların informasiya bazası genişdir; sizin hər gün bir gədə ilə içib-qusub harada gəldi “sevişdiklırinizi” bilirlər. Odur ki, çox da forslanmaq lazım deyil...

 

Sizə normal kişilər qeyri-ciddi yanaşırsa, bunun günahını özünüzdə axtarın, hörmətsiz və ağılsız “civilər”. Axı hər kəsi öz adı ilə çağırmaq daha doğru işdir.

Və özünüz haqda nəticəyə gəlmək üçün bir nümunə: Baxın, yazarlar arasında ailə tərbiyəsi görmüş yazı-pozu ilə məşğul olan kifayət qədər xanım var. Onlara niyə sizə edilən “təklifdən” edilmir? Çünki siz buna layiqsiniz! Gedin özünüzə iş tapın, layiq olduğunuz işi...

 

 

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə