Son xəbərlər

Mənim on yaşım var idi. Məktəbdə oxu dərsində bir şeir keçmişdik. Deyəsən, adı belə idi - "Şpekbaxerin oğlu". Şeir müharibə vaxtı giliz toplayan bir balaca qəhrəman oğlan haqqında idi. Biz heyran olmuşduq. 

Ardını oxu...


1827-ci ilin sonlarında Virciniya ştatının Şarlotsvilla ərazisi yaxınlığında yaşayarkən təsadüfən, cənab Avqust Bedlou adlı bir nəfərlə tanış olmuşdum. Bu cavan oğlan məndə dərin təəssürat və maraq oyatdığından onunla yaxşı münasibət qurmağı münasib hesab etmişdim. Bununla belə, onun şəxsiyyəti mənimçün həm fiziki, həm də mənəvi cəhətdən müəmmalı olaraq qalmışdı. Onun ailəsi haqqında heç bir məlumat əldə edə biiməmişdim. Hardan gəlmişdi, məlum deyildi. O ki qaldı onun yaşına, onu cavan oğlan adlandırmağıma baxmayaraq, hərdən düşünürdüm ki, yaşı xeyli çoxdur. Əlbəttə, o, gənc görünürdü, tez-tez cavanlıq barədə danışırdı, ancaq bəzən elə məqamlar olurdu ki, tərəddüd etmədən düşünürdüm ki, onun yüz yaşı var. 

Ardını oxu...