![]() |
![]() ![]() |
Onun haqqında yuxarı kursdakı tələbələrdən eşitmişdim.Heç kim bu adamın ünvanına tərif çələngini əsirgəməzdi. Bir növ adama elə təsir bağışlayırdı ki, bu işıqlı adamı tanıyan da tərifləyirdi tanımayan da. Artıq, onun kimliyi haqqında, necə bir insan olması haqqında beynimdə ayrıca bir fikir karvanı düzülmüşdü. Bu karvana isə sarvanlığı zaman özü edirdi. Qrup nümayəndəsi semestr ərzində tədris olunacaq fənnlərin siyahısını oxuyarkən “Müasir Azərbaycan Ədəbiyyatı” fənninin də adını çəkmiş və əlavə etmişdi ki o təriflədikləri, gözəl insan dedikləri Arif Əmrahoğlu bizə bu fənni tədris edəcək.
İlk dəfə “Natəvan”da görmüşdüm onu: yerində oturub çıxış edənlərin sözünə, şəklinə əl gəzdirirdi:
- Bunun üzü tanış gəlir, adı nəydi?
O, dinc dövrdə müdafiə naziri, müharibə vaxtı kültür bakanı işləyə bilər.
İndi nə hərb, nə sülhdü. Yazıçılar Birliyinin katibliyi və «525-ci qəzet»in baş redaktorluğu bəs eləyir.
Bir insan üçün ən böyük bədbəxtlik onun varının, halının, övladının, evinin, maşınının, yaxşı işinin olmaması deyil, onun Vətəninin olmamasıdır. Bu gecə də Dağ İlməzlidəydim, bu gecə də kəndimizə dönməyimin sevincinə ürəyim dözməyib partlayacaqdı. Amma dözürdü, axı ağlamaq infarktın dərmanıdır. Sevinc, kədərlə doğulduğun yurdda, torpaqda qolboyun olanda insan ölümsüz olurmuş. Allah, sən xeyirə döndər, sən çin elə bu yuxumu...
Ümumi həyətdə, 15 ailəyə “vətən” olan bu darısqallıqda Allahın torpağının, suyunun, daşının, qayasının, gülünün, çiçəyinin bola-bol yaratdığı o yurdu heç olmasa yuxumda belə görmək xoşbəxtlik deyilmi deyirəm öz-özümə. Cavabını da özüm verirəm: Sən burda doğulduğun torpqasız yaşamağa xoşbəxtlik deyirsən? Sən burda yaşayırsan ki? Axşam düşəndə, səhər açılanda bəlkə də hər gün “Kaş indi İlməzlidə olaydım, kaş indi Hacı Xəlil Pirinin qoynunda uyuyan əzizlərimi ziyarət edəydim deməkdən çətin heç nə yoxdur bu dünyada mənimçün.
Payızın kövrəkliyi, “yetimliyi” sümüklərimə, ruhuma işləyəndə məni əsməcə tutur. Elə üşüyürəm ki, adam dolu bu dünyada. Doğru deyiblər: “Dünya adamla dolu, dərdini deməyə bir kimsə yox”... Dərdi deməkmi? Dərdi deməzlər e, yaşayıb ölərlər... Vətənsizlik, yurdsuzluq dirgözlü oda atılmaq deməkdir. Vətənsizlik unudulmaq, tanrının yadından çıxmaq deməkdir. Vətənsizlik bir uçurumdan keçən ömrə güzgü tutmaq deməkdir. Vətənsizlik dili olub danışmamaq, odu olub alışmamaq deməkdir. Atanın, ananın, uğurunda intihar edəcəyin bir qızın yoxluğu ilə barışmağa gücümüz çatır, səbrimiz boy verir. Vətənin yoxluğunu isə unutmaq olmur, vallah-billah olmur... Hansı səmtə dönürsəm gözümə Vətən görünür. Bütün müsəlmanların qibləsi bir olsa da, doğulduğu kəndi, torpağı itirənin bir qibləsi var: onun adına həsrət deyirlər... “Gülüstan”dan bu günə kimi Kür-Araz ovalığında, böyük Azərbaycanın hər qarışında sümüyü torpaq olanlar, Ağbaba, Dərələyəz, Vedibasar, Zəngibasar, İrəvan deyə-deyə göynəyənlər var. Nolar, məni səhv anlamayın. Ayrıseçkilikdən min ağac uzaq fikirdəyəm. Birdə ki, dili vətəni zikr eyləyənin elə fikri də Vətən olar! 26 il. Allah, sən bu həsrəti qərinə yaşına çatdırma. Qoyma, qıyma yaşıdım olsun. Ya məni öldür, ya onu. Mən övladlarıma Dağ İlməzlidə doğuldum, Bakıda öləcəyəm deməyim. Of, of bu yuxu... Bir qayanın başındaydım. Kəndimiz, evimiz ovucumun içindəydi. Kaş ki, yuxum çin olaydı...
Arif Əmrahoğlunu şəxsən yaxından tanımırdım. Mətbuatda dərc edilmiş bəzi məqalələrini maraqla oxumuşdum. Bu yazılardakı analitik təfəkkür, canlı təhkiyə, çağdaş diinya ədəbiyyatşünaslığının özəlliklərinə bələdlik, geniş erudisiya diqqətimi çəkmişdi. Bilirdim ki, XIX əsrin ikinci yarısında Azərbaycan nəsri mövzusunda dəyərli araşdırması var, filologiya elmləri namizədidir.
Elə bilirik, illərdir "kitab, mütaliə, ədəbiyyat" deyib-durmağımızın nəyəsə xeyri olub. Belə çarəsiz-naümid yazılarla ortalıqda görünmək könüllü təslim olmaq deməkdir, bilirəm. Onu da bilirəm, biz hamımız məhz bu mövzuda yalnız işıqlı şeylərdən yazmalıyıq. Məsələn, ucqar kənddə qapısına qıfıl vurulan kitabxanadan yox, örüşdə heyvan otaran məktəblinin kitab oxumağından qürurla yazmalıyıq, danışmalıyıq. Amma bəzən iş o yerə gəlib çıxır ki, ürəyini boşaltmasan, olmur. Tutalım, orta statistik əyalət adamının kitaba olan münasibəti, daha doğrusu, münasibətsizliyini görəndə anlayırsan ki, ilahi, biz necə mənasız işlərlə məşğuluq. Özü də, bu emosional-tələsik qərar verməyin, ruhdan düşməyin günahını kiminsə boynuna atmaq kimi sadəlövhlükdən özümü qorumağa çalışıram.
Azərbaycan ədəbiyyatının şeir xəzinəsinə təbiəti, insanları, dünyanı sevdirəcək misilsiz poeziya nümunələri bəxş etmiş dahi Səməd Vurğun haqqında növbəti ləyaqətsiz sözləri oxuduqdan sonra artıq susa bilməyəcəyimi anladım. Əslinə qalsa, bu zamanadək susmağımı da, böyük günah sayıram!
Bir sabah uyandığımızda sokaklarımızda tanklar olduğunu düşünün yabancı bir ülkenin bayraklarını taşıyan tanklar.
Kəmaləddin Qədim, bu şəkil sizə tanışdırmı, xatırlaya bildinizmi o günü? Əminəm, tam əminəm ki, o şəkil çəkdirdiyimiz gün yadınızdan çıxmayıb.