Hələ uşaqlıqdan sevə-sevə baxdığım “Uzaq sahillərdə” filminin musiqisini dinləyəndə qəlbimdə həmişə qəribə hisslər oyanıb. O anlarda Vətən sevgisi məndə və mənim yaşıdlarımda o qədər güclənirdi ki, biz sonradan bunu öz aramızda hətta nüzakirə edirdik. Təfəkkürümüzü, beynimizi oyadırdı bu musiqi. Xüsusilə, Mehdi Hüseynzadənin, onun dostu Veselinin, Anjelikanın ölüm səhnələrində verilən musiqi..  Nə qədər böyük bir yanğı var bu musiqidə! O zaman heç ağlıma gəlmirdi ki, titrdə adı yazılan müəllif çox böyük bəstəkardır. Və çox sonralar onun başqa musiqi parçalarını  dinlədikcə, anlayıb dərk etdim ki, Qarayev musiqisi milli kökümüzə bağlılığı ilə bərabər, həm də dərin fəlsəfi, psixoloji mənaya malikdir. Öz möhtəşəm musiqisi ilə elə zamanında çox sözlər deyirdi böyük bəstəkarımız.. 

Ardını oxu...


Elə bil gözünü qan örtmüşdü. Bu dəfə atını həmişəkindən iki dəfə artıq yüklədi. Qoca yabı dönüb tərs-tərs sahibinə baxdı. Sahibinin əlacı olsa, meşəni belinə yükləyərdi.

Ardını oxu...



Sənə bağlanmağımdan, dəli-dolu olmağımdan, saatlarca gözlərinə baxıb quruyub qalmağımdan qorxursansa, görüşməyək. Həyat mənimlə çox amansız davrandı, əzizim. “Kasıb oğlandır, evi-eşiyi yoxdur”,- deyib ilk eşqimin qapısını üzümə elə bağladılar ki...

İtirmək, unutmaq deyil, “unudulmaq” adlı sınaqdan çıxdım deyəndə müayinə kağızında həkim “infarkt” yazmışdı...

Ardını oxu...



Noyabrın 1-də Türkiyənin Doqquzuncu Cümhur Başqanı, çağdaş dünyanın görkəmli siyasətçilərindən Süleyman Dəmirəlin 90 yaşı tamam olur. Bakan, Başbakan, millət vəkili, müxalifət lideri və nəhayət, Cümhur Başqanı olaraq sayın Dəmirəl 50 ildən artıq bir müddətdə türk siyasi həyatına damğasını basmış, türk dünyasının siyasi həyatında iz qoymuş böyük dövlət adamıdır. Unudulmaz Öndərimiz Heydər Əliyevin şəxsi yaxın dostu olan Süleyman bəy Azərbaycana çox bağlıydı, ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin möhkəmləndirilməsi və inkişaf etdirilməsi yolunda əvəzsiz xidmətlər göstərmişdir və bu xidmətləri müqabilində Azərbaycanın fəxri vətəndaşlığına layiq görülmüşdür. Süleyman bəy dəfələrlə ölkəmizdə olmuş, müxtəlif səviyyəli nümayəndələrimizi Ankarada qonaqpərvərliklə qəbul etmişdir.

Ardını oxu...



Onu şəxsən tanımamışdan əvvəl haqqında həmişə xoş sözlər eşitmişdim.Gözəl alim, xeyirxah insan, gəncliyin dostu, təvazökar, təmənnasız və s. Özü istedadlı,işıqlı insan olduğundan istedadlı gəncliyə qayğı və diqqətini heç vaxt əsirgəmirdi.Sakit,təmkinli adam idi. Axı o Arif idi.Sözün,insanlığın, elmin, dostluğun Arifi.Bütün varlığı ilə görünürdü.Bir dəfə Əliağa Kürçaylının AYB-nin “Natavan klub”unda xatirə gecəsini təşkil etmişdim. Arif müəllim Əliağa Kürçaylının qızı Ülkərlə bir qrupda oxumuşdu. O, Ülkərin faciəli ölümün, onunla bağlı xatirələrini danışanda göz yaşlarını saxlaya bilmədi. Çox kövrək insan idi.

Ardını oxu...



Sevda Sultanova

Axırıncı dəfə keyfiyyətli komediyanı bir neçə həftə əvvəl izləmişdim. Özünün kinokomediyaları və kinofarşları ilə tanınan  amerikalı rejissor Mel Bruksun “Gözqamaşdıran yəhər” filmini nəzərdə tuturam. 

Ardını oxu...