![]() |
![]() ![]() |
Hələ uşaqlıqdan sevə-sevə baxdığım “Uzaq sahillərdə” filminin musiqisini dinləyəndə qəlbimdə həmişə qəribə hisslər oyanıb. O anlarda Vətən sevgisi məndə və mənim yaşıdlarımda o qədər güclənirdi ki, biz sonradan bunu öz aramızda hətta nüzakirə edirdik. Təfəkkürümüzü, beynimizi oyadırdı bu musiqi. Xüsusilə, Mehdi Hüseynzadənin, onun dostu Veselinin, Anjelikanın ölüm səhnələrində verilən musiqi.. Nə qədər böyük bir yanğı var bu musiqidə! O zaman heç ağlıma gəlmirdi ki, titrdə adı yazılan müəllif çox böyük bəstəkardır. Və çox sonralar onun başqa musiqi parçalarını dinlədikcə, anlayıb dərk etdim ki, Qarayev musiqisi milli kökümüzə bağlılığı ilə bərabər, həm də dərin fəlsəfi, psixoloji mənaya malikdir. Öz möhtəşəm musiqisi ilə elə zamanında çox sözlər deyirdi böyük bəstəkarımız..
O, XX əsrin bəşəriyyətə bəxş etdiyi ən böyük dühalardan biridir. Doğma Azərbaycanımızda dünyaya gələn, onun qucağında boy atan bu böyük insanın möhtəşəm musiqisinin sədaları bir zamanlar Avropanın, Amerikanın, Türkiyənin, Polşanın, Moskvanın musiqi salonlarını titrədib, milyonlarla insan qəlbini ovsunlayıb.
1918-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Atası məşhur həkim-pediatr Əbülfəz Qarayey həm də öz dövrünün tanınmış ziyalılarından biri olub. Anası Sona xanım da yüksək musiqi təhsili görmüş, sayılıb seçilən aristokrat, kübar xanımlardan idi. Balaca Qaranın hələ uşaqlıqdan musiqiyə böyük həvəsi vardı. O, saatlarla ata və anasının Abşeronun səfalı guşələrindən biri olan Fatmayıdakı bağlarında, Benkerov royalında çaldığı həzin musiqini dinlərdi. Və heç şübhəsiz ki, bütün bunlar gələcəkdə onun istedadlı bəstəkar kimi yetişməsində mühüm rol oynayır.
Məhz belə bir fitri isteadadın sahibi olduğu üçün sonradan onu Konservatoriyaya Üzeyir Hacıbəyovun sinfinə qəbul edirlər. Azərbaycan professional musiqi məktəbinin əsasını qoymuş böyük Üzeyir bəydən dərs alan Qara Qarayev iti zəkası, intellektual səviyyəsi və qavrama qabiliyyəti ilə digər tələbələrdən seçilirdi.Azərbaycan professional musiqisinin banisi olan böyük Üzeyir bəy gənc Qaranın dərin orijinal, fitri istedadını görüb ona xüsusi qayğı, diqqət göstərirdi. Yadıma bəstəkar şəfiqə Axundovanın dediyi sözlər düşür: "Əgər Üzeyir bəy olmasaydı, mən bu gün bəstəkar kimi yetişə bilməzdim!" Bəli, Üzeyir bəy Qara Qarayevin dəbəstəkar kimi formalaşmasında böyük rol oynayıb. məhz onun sayəsində gənc musiqiçi xalq musiqi sənətinin tükənməz sərvətlərinə yiyələnmək məktəbi keçir. Təsadüfi deyil ki, Qara Qarayevin əsərlərində biz Azərbaycan muğamlarının dərin fəlsəfi nidalarını, milli xalq havalarının sədalarını eşidirik.
Məsələn, “Yeddi gözəl”, “Leyli və Məcnun”, “Vətən” əsərlərində və kino-filmlərə bəstələdiyi bir çox musiqilərdə (“Uzaq sahillərdə”, “Xəzər neftçiləri haqqında dastan”, “Tarixin ibrət dərsi” və s.) biz bu nidaları, sədaları duyuruq və hiss edirik. Baxmayaraq ki, sovet döründə yaşayırdı və o dövrdə milli ənənələri qabartmaq və s. yasaq idi və Qara müəllim dəfələrlə Lenin ordeni, Dövlət mьkafatları almasına baxmayaraq ömrünün sonuna qədər əsərlərində milli ənənələrə hər zaman sadiq qaldı.
Musiqi təhsilini davam etdirmək üçün Qara Qarayev böyük Üzeyir bəyin xeyir-duası ilə 1939-cu ildə Moskvaya gedir və 1946-cı ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını, dövrümüzün böyük bəstəkarı Dmitri Şostakoviзin sinfini bitirir. Ü.Hacıbəyov və D.Şostakoviç yaradıcılığının prinsip və ənənələrinin sintezi heç şübhəsiz ki, sonradan Qarayev orijinal bəstəkarlıq məktəbinin formalaşması üçün əsas olmuşdur. Məlumat üçün deyim ki, həmin məktəb neçə-neçə parlaq istedadlı bəstəkarlar nəsli yetişdirib ki, onların musiqi tariximizdə xidmətləri böyükdür. Məsələn, Arif Məlikov, Firəngiz Əlizadə və başqaları Q.Qarayev Moskva Dövlət Konservatoriyasını bitirdikdən sonra Bakıya gəlir və Üzeyir Hacıbəyov adına Konservatoriyada professor kimi kompozisiya sinfini aparır.
1949-cu ildən 1953-cü ilə qədər həmin Konservatoriyanın rektoru vəzifəsində çalışıb. 1952-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin sədri, 1961-ci ildən цmrьnьn sonuna qədər isə SSRİ Bəstəkarlar İttifaqının katibi olub.
Müasirləri onun haqqında çox yazıblar. Xalq yazıçısı Anarın Qara Qarayev haqqında çox gözəl bir yazısını xatırlayıram. 1982-ci ildə qələmə aldığı “Rekviyem”adlı məqaləsində Anar müəllim yazır:“ Biz müasirləri onun şəxsən özünü gördüyümüzlə, söhbətlərini dinlədiyimizlə, yeyin, bir az kəskin, bir az əsəbi danışıq manerasını, gülüşünü, eynək altından parıldayan iti baxışlarını xatırlamağımızla öyünəcyik.”. Doğrudan da Qara Qarayev kimi dahi bəstəkarlar həmsöhbət olmaq özü böyük xoşbəxtlikdir.
Şair Tofiq Mütəllibovun bir xatirəsi də çox maraqlıdır.
“...Praqada Smetana adına Opera və Balet Teatrında Qara Qarayevin “Yeddi gözəl” baletinin ilk tamaşası gedəcəkdi. Öyrəndim ki, Qara müəllim görkəmli tənqidçi Cəfər Cəfərovla ilk tamaşada iştirak etmək üçün Praqaya gəliblər. Onlarla görüşməkçün mehmanxanaya getməyə hazırlaşırdım. Birdən nümayəndə heyətinin bir üzvünə evdən teleqram gəldi. “Atan bərk xəstədir, təcili gəl!”. Oğlan çaşıb qalmışdı. İstədik sovet səfirliyinə müraciət edək, birdən ağlıma gəldi ki, Qara Qarayev bizə kömək edə bilər. Doğrudan da, Qara müəllim baxmayaraq ki, tamaşasının premeyerası olacaqdı, bütün işlərini kənara qoyub elə həmin gün məsələni həll etdi. Biz teatra gələndə müdiriyyət həyəcan içində idi. Cəfər Cəfərov narahat halda “bir hadisə üz verməyib ki,” soruşdu. “Sonra danışaram”-deyə Mayestro onu sakitləşdirdi. Lojada əyləşdik. Birinci pərdə sona зatan kimi, teatrın böyük salonunu uzun zaman kəsilməyən alqış sədaları və təzə çiçək dəstələri bürüdü. Hər tərəfdən “müəllif, müəllif!”-deyə qışqırırdılar. Qara Qarayev ayağa qalxıb baş əydi. Mən gözümü ondan çəkmirdim. Həmin anda öz-özümə düşünürdüm: o, təkcə böyük bəstəkar deyil, həm də böyük insandır!”
Bəli, doğrudan da belədir və böyük şəxsiyyətlə ünsiyyətdə olmaq özü də böyük xoşbəxtlikdir
Onun əməyi həm Azərbaycanda, həm də keзmiş SSRİ-də yüksək qiymətləndirilib. Azərbaycan və SSRİ Xalq artisti, Sosialist Əməyi qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, akademik idi. Onun haqqında dünyanın və keçmiş SSRİ-nin bir sıra mətbu orqanlarında çox maraqlı yazılar çap olunub, yüksək fikirlər söylənilib.
Qara Qarayev məşhur “Yeddi gözəl”, “İldırımlı yollarla” baletlərinin, “Leyli və Məcnun” simfonik poemasının, onlarla simfonik qravürlərin, süitaların, fortepiano, skripka, kamera orkestri, simli kvartet üşün əsərlərin, dram əsərlərinə, kino-filmlərə yazdığı musiqilərin, romansların, mahnıların, xor üçün yazdığı miniatürlərin və onlarla bu kimi dəyərli əsərlərin müəllifidir.
Hələ o zaman böyük bəstəkar D. Şostakoviç yazırdı: “Q.Qarayev mənim ən çox sevdiyim bəstəkarlardan biridir. Onun musiqisinin uğur qazanmasının sirri isə milli ənənələri klassik irslə ən müasir musiqi formalarını ən parlaq, yalnız onun özünə məxsus tərzdə birləşdirilməsidir.”
Doğrudan da, Qara Qarayev öz yaradıcılığında dahi Nizami, Səməd Vurğun, Rəsul Rza poeziyasıyla bərabər Şekspir və Servantes, Puşkin və Ömər Xəyyam, Lermontov və Lope de Veqa obrazlarına müraciət edərək müasirləri olan Nazim Hikmət, Vsevolod Vişnevski, Piter Abrahams kimi sənətkarların əsərlərindən ilham almışdır. Deyirlər ki, şəxsiyyətin ьç komponenti var: bilik, bacarıq və mənəvi-əxlaqi cəhətlər. Bütün bu cəhətlar Q.Qarayevdə birləşərək bir harmoniya təşkil edirdi.
Mən musiqiçi olmasam da, amma musiqini çox sevirəm və ibtidai-orta musiqi təhsilim var. Gözəl bir musiqi parçasına saatlarca qulaq asmağı xoşlayıram. Bu anlarda ruhumun təzələndiyiuni hiss edirəm. Musiqi yeganə elə bir qüvvədir ki, insan qəlbinin lap dərinliyinə qədər nüfuz edə bilir. Qara Qarayev musiqisi məhz insan qəlbini duyğulandıran musiqidir. Bu musiqidə yanğı var, yurd həsrəti, həzinlik, kövrəklik, ən başlıcası isə, vətənə sevgi var.
Deyirlər, dahi şəxsiyyətlər gec-gec doğulur və onun mənsub olduğu xalq xoşbəxt xalqdır. Bu gün Azərbaycan xalqı xoşbəxtdir ki, belə bir dahini yetişdirib.
Deyilənə görə, ruslar ona Qara Qızılov, yaxud da Qızıl Qızılov deyirlərmiş. Heç şübhəsiz ki, Qara Qarayev bizim millətə Ulu Tanrı tərəfindən göndərilən bir dürr, bir inci idi.. Bu incinin əsrarəngiz parıltısı vaxtilə çoxlarının gözlərini qamaşdırıb. 1987-ci ildə Moskvada bir rus musiqiçi qadınla olan söhbət düşür yadıma. O dedi ki, “Sizin Qara Qarayeviniz, Müslümünüz, Rəşidiniz var. Onlar öz böyükülüyü ilə sizin xalqı da böyüdürlər..” O zaman mən bəlkə də bu sözlərin mahiyyətinə varmamışdım, amma zaman keçdikcə, anladım ki, doğrudan da, bəzən biz əlimizdə olan dəyərli bir incinin qədrini bilmirik, o dəyərli incini itirəndən sonra onu axtarmağa başlayırıq.. Nə yazıq ki, belədir! Mən Qara Qarayevin həyatı, keçdiyi ömür yolu uilə tanış olduqca, gördüm ki, elə zamanında onun da böyüklüyünü qəbul edə bilməyib, “bostanına daş atanlar” da çox olub. Hətta onu formalizmdə günahlandırır, guya milli ənənələrdən uzaq düşməsi və s. cürbəcür böhtanlarla ləkələmək istəyirdilər. Bunu onun yaxın dostları da sonradan öz yazılarında etiraf edirlər. Deyiləınə görə, Qara Qarayev belə bədxahlara cavab verməzdi. Susardı. Öz təmkini, böyüklüyü, yazdığı gözəl əsərləri ilə bu bədxahların cavabını verib və onları susdurub. Heç şübhəsiz ki, bütün bunlar bəstəkarın səhhəti, əsəbləri bahasına başa gəlib. Ömrünün son anlarında ağır xəstəlik keçirir və müalicə üçün Moskvaya gedir. Lakin 1982-ci il mayın 13-də gözlərini əbədi olaraq yumur.
Qara Qarayevin yoxluğu Azərbaycan musiqisində hər zaman hiss olunub və hiss olunacaq. Çünki o, yeri dolmayacaq əbədi yaşar bir sənətkardır. Belə sənətkarlar heç zaman ölmürlər.