Bakı Dövlət Universitetinin həyatında bir ilkə imza atmışdım. Bir mən bunun fərqindəydim, bir də diplom müdafiəsində iştirak edən müəllimlər. Əslində, elmimizə, ədəbiyyatımıza töhfə verən yeniliyin müəllifi deyildim. Sadəcə, saz çiynimdə universitetə daxil olanda tələbələrin, elə bəzi müəllimlərin də üzündəki ifadədən hiss etdim ki, onlar belə qəribəlik görməyiblər. Bəlkə də çoxu ürəyində: “İncəsənət Universiteti ilə buranı səhv salıb”, - deyirdi...

Ardını oxu...

O, ağzını açıb boz sözləri qarşısındakının üzünə çırpdı. - Mənə nə? Rəhimli adam üzünə çırpılan boz damcıları barmağının ucuyla siyirib çiynindən o yana atdı. Heç nə olmamış kimi sakit-sakit: - Axı, o sənin anandı – dedi. - Anam, anam! Dünyanın işinə bax, guya mənsiz ölə bilmir. Rəhimli adamın sakitliyi ləngərlədi. - Vallah, ölə bilmir... Neçə gündür can verir. Deyirlər bəlkə oğlu əlindən tutsa... Boz adam kinayə ilə gülümsədi. Nazik dodaqları dartılıb əyildi. - Mümkün deyil, - deyib üzünü çevirib getdi... Altı ay sonra Boz adam şagirdlərinə ana haqqında yazdırdığı inşanı oxutdururdu. Rəhimli adamın oğlu öz inşasında yazmışdı: “Ananın ruhunu aparmağa gələndə Ruhülqüds həyatında ilk dəfə qanunu pozdu. İki dünya arasında çarpışan ananın əlindən tutub qulağına pıçıldadı: - Anacan, mənəm, sənin oğlun... Ana bu sözlərə inandı, ürəkdən inandı, elə o andaca canını rahatlıqla tapşırdı. Boz adam çox yaşadı, lap çox, hələ də yaşayır... Bəlkə elə dünya durduqca yaşayacaq da. Çünki Ruhülqüds Boz adamın ruhunu aparmağa gəlməyəcək...”

Əgər akademik İsa Həbibbəyli  bütün tərəflərilə, həqiqətən, dəyərli olan «Bütün yönləri ilə yaradıcı» məqaləsini çap  etdirməsəydi, yəqin ki, mən Rəşad Məcid haqqında yazmağı hələ beş-on il də gecikdirəcəkdim… Neçə illərdir hər Rəşadı görüb onu hansısa yaradıcılıq uğuru münasibətilə təbrik edəndə əlavə eləyirəm ki, «Rəşad, gərək sənin bu möhtəşəm xidmətlərin barədə yazam”… O da özünəməxsus səmimi (və yumorlu) bir təbəssümlə, təvazökarlıqla söhbəti belə yekunlaşdırır ki, «bax da, professor». 

Ardını oxu...

Qocalıqdan oğraşlıq yaxşıdı. Qurban əmim deyəndə gülməyim tutardı rəhmətliyə. İndi görürsən, öz maşınımı tanımıram. Həştaddandı hamısı... Dizimin üstünə nə zəndlə baxırsan? Yox, əşi, qan nə gəzir? Xəbərim var, Eldar Baxış yazmışdı. Yazmışdı ki, siz durnaya güllə atırsız, qanı tökülür Habilin dizinin üstünə. Əli Kərim də şeir qoşub mənə, Bəxtiyar müəllim də... “Cüy-cüy, cüy-cüy”. Arvadın

Ardını oxu...

Babasının komasında alıb ilk nəfəsi: Bu komada qurulub ilk beşiyi; burdan başlayıb ilk gecəsi, burda açılıb ilk gündüzü. Bu koma olub şeirinin ilk sözü, ilhamının mayası. Babasının dəyəsi olub könlünün bu həyatla ilk böyük qafiyəsi. Bir ömür yollarında ağır duyğularından daşıdığı yükü o koma verib ona. O koma olub evinin də kökü, şeirinin də kökü. İndi sahibsizdir o koma, kimsəsizdir:

Ardını oxu...