![]() |
![]() ![]() |
Kitabxanamda çoxdandır Handan Askeran Tonun verdiyi bir kitab vardı... Oxudum... Azərbaycanda yaşayan yazıçı Anar tərəfindən qələmə alınan kitabın adı “Nazım Hikmət, Kərəm Kimi”... (Anar ilə Handan Askeran eyni ailədən gəlirlər, qardaş nəvələridir.)
Keçmiş Sovet dönəmində çəkilən filmlərin əksəriyyəti çox dəyərli və baxımlı idi. Onların içərisində "Qruzinfilm" studiyasının təqdim etdiyi nümunələrin geniş tamaşaçı auditoriyasında xüsusi hörməti və yeri var idi. Filmlərdəki rejissor ustalığı adamı valeh edirdi.
Çağdaş ədəbiyyatın axtarışlarının mərkəzində müharibə mövzusunun dayanması, erməni-müsəlman kontekstinin müasir baxış parametrləri ilə dəyərləndirilməsi bu mövzuda ədəbiyyatın yeni bir söz deməyə cəhdi kimi mənalanmalıdır. Əvvəla, kifayət qədər zaman fasiləsi ötmüş, müharibənin odlu-alovlu illəri çoxdan geridə qalmışdır. İndi hadisələrə yönələn analitik baxışın dramatizmi artmalı, onun daha çox fəlsəfəsinə yenmək məramı güclənməlidir. Bizdə Qarabağ hadisələri törədilən zamandan müəyyən vaxt sonra poeziyadan fərqli olaraq, nəsrdə müharibə ilə bağlı mövzulara müraciət işlək olmadı. Yazılan əsərlər də mənəvi səfərbərliyin vüsətini və miqyasını əks etdirmədi, Qarabağ müharibəsi bədii sözün işığında öz dolğun təcəssümünü tapmadı. Bunu nə ilə əlaqələndirmək olar? İlk növbədə, sovet dövründə mövcud olan süni vətənpərvərlik ruhunun təbliği ilə. Həm bu səbəb, həm də baş verən fəci proseslərin ard-arda, gözlənilməz şəkildə təzahürünün nəticəsi idi ki, müharibə ədəbiyyatı müharibə gedən bir dövrdə deyil, sonrakı illərdə yaranmağa başladı.
Dünyada cinsi, milli, dini, irqi diskriminasiyalar mövcuddur. Əslində, dünya kasta qanunlarına əsasən idarə olunmasa belə, insanlar mənsubiyyətlərinə görə rahatlıqla sortlara ayrılır. Yəni "aşağı sort" hesab olunan irqin nümayəndəsi müəyyən dərəcədə elmi, karyera, dünya baxışı bucağından öz toplumundan nisbətən fərqlənərsə, ağlar tərəfindən qəbul edilərsə haradasa sıralara daxil oluna bilər. Amma cüzi bir situasiya, mübahisə bəs edər ki, şəxsin hansı klana, hansı sorta aid olması rahatlıqla onun üzünə deyiləcək. Yadımdadır, futbol sahəsində uğura imza atan Zinəddin Zidan baxmayaraq ki, uzun illərdir Fransa qalibiyyətinin qorunub saxlanılmasında əmək sərf edirdi, onun dini mənsubiyyəti qonşu komandanın oyunçusu tərəfindən "terrorçu" adlandırılaraq qiymətləndirilmişdi. O vaxt Zidan susmuşdu. Çoxu kimi...
Hanı qəbirlərin, Sarı dolama,
Onlar ki, əbədi yatmalıydılar.
İgid yurdumuzda minib atlara
İqlimdən-iqlimə çapmalıydılar.