![]() |
![]() ![]() |
Bu gün az qala bütün dünyaya ərazi iddiaları ilə çıxış edən ermənilərin tarixi ağ ləkələrdən ibarətdir desək, yanılmarıq. Tarixin müxtəlif dövrlərində dünyanın, demək olar ki, hər yerinə səpələnmiş ermənilər bütün imkanlardan istifadə edərək zaman-zaman “böyük Ermənistan” xülyasını gerçəkləşdirməyə səy göstərmişlər. Müasir Ermənistan Respublikası isə Azərbaycan ərazisində dünyanın aparıcı dövlətlərinin siyasi və hərbi dəstəyi ilə yaradılan, onların “Şərq məsələsi”ni reallaşdırmaq üçün olan süni dövlətdir. Tarixi həqiqətdir ki, erməni qəsbkarlığına daha çox tarixi Azərbaycan torpaqları məruz qalmışdır. Sovet Rusiyasının birbaşa təzyiqi və təkidi ilə Zəngəzur, Dərələyəz və s. ərazilərimiz də Ermənistana verilmişdir. Nəticədə tarixi azəri-türk torpaqlarımız zaman-zaman işğal olunmuşdur. Hazırda isə bu iyrənc siyasətin daha bir ağır nəticəsi kimi müasir Azərbaycan torpaqlarının 20 faizdən çoxu erməni tapdağı altındadır. Təəssüf ki, dünya ictimaiyyəti bu tarixi haqsızlığa susur, yerindən-yuvasından didərgin düşmüş bir milyondan artıq soydaşımızın taleyinə biganəliklə yanaşır, ermənilərin işğal etdikləri ərazilərimizdə soyqırımı, etnik təmizləmə törətdiklərinə göz yumur.
Şair-publisist Xəyal Rzanın doğum gününün 35-ci ilinə!
Səhər-səhər yuxudan durandan sonra ədəb-ərkanla hamama girirəm və yenə də ədəb-ərkanla üzümü qırxıram, üzümü siləndə görürəm ki, dəsmal tərsinə asılıb, ağ yerlikdəki qızılgüllər baş-ayaqdır, onda çaşıram, əsəbləşirəm və üzümü mətbəxə tərəf tutub acıqlı-acıqlı soruşuram:
Mənim böyük şairlərlə görüşüm, lap balaca yaşlarımdan, elə balaca bir otaqda olurdu. Bu kiçik xalça boyda otaqda, şairlərlə baş başa qalardım. Ancaq onlar danışar, mən dinləyərdim. Saatlarca dinləyərdim onları. Əslində mən də danışırdım, amma ürəyimdə söhbət edirdim onlarla. Ağıllı qız idim, səsimi də çıxarmazdım onlar danışanda. Məni bu uzun söhbətlərdən atam ayırardı. Amma o şairləri evə elə atam özü gətirərdi. Bilirdi ki, mən onlarla danışanda xoşbəxt oluram.
Ankaradakı bir otel odasında canını tapşıran Kərim müəllim də, Xəzərin kirli sahillərində quma bata-bata ağ qoça tərəf qaçan Məlik də üz-gözümüzün öyrəşdiyi bu dünyada muxtar aləmlər deyil, zəmanənin yetirdiyi kədərli obrazlardır. Və çox qəribədir ki, bu obrazların ruhundakı türk düşüncəsi istər İstanbulda, istərsə də Bakıda eyni dərdi paylaşır, eyni qəriblik və intellekt çiləsini yaşayır. Belə bir qənaət var ki, kapitalizm iqtisadiyyatın, demokratiya isə siyasətin dinsizliyidir. Kərim müəllim də, Məlik də həmin dinsizlikdən əziyyət çəkir. Hələ üstəlik əxlaqın dinsizliyi də bu dövrün həyat normasına çevrilib…
Gerçək dünya bizim təxəyyülümüzün sınırlarından o yandakı dünyadır, sənət bəlkə də yaradılışdan o sınırları aşmaq, Sirrə yetmək və onu faş edə bilmək nədənindən doğan ehtiyacdır. Gerçək dünyaya qarşı dünya qoyandır, ona öz dilinin semiosferasında qərarlaşan qanunları ilə müqavimət göstərən, Həqiqəti gücü çatdığı qədər “təqlid” edəndir: “Sənət bizə ona görə verilib ki, Həqiqət bizi öldürməsin” (Fridrix Nitsşe). Anarın “Göz muncuğu”nu oxuyanda Həqiqətin sənət dili ilə faş edilməsindən rahatlanırsan, qaldırılan böyük mətləblərin ardınca düşüb getmək səni qorxutmur, əksinə, düşündükcə, arama, axtarma çabaların böyüyür, hər şey bu dünyada qalır, “sən eynəklərin arxasında” (Qismət) ...
«…Məktublar» silsiləsindən»
Xətrinə dəydim. Daha “bağışla” deməyə üzüm də yox. Allah öldürsün məni. Axı söz vermişdim özümə, bir də xətrinə dəyməyəcəm. Daha utanıram söz verməyə, vallah. Adam nə qədər yalançı olar, nə qədər söz verib tutmaz. Lap xəcalət çəkirəm.
( Əzimə Ağalarovanın “Bakıdan Qahirəyə və Stokholma uzanan yol” kitabı haqqında oxucu fikirləri )
(Cəlal Bəydilinin tərcümə və tərtib etdiyi “Aforizmin iki zirvəsi” kitabına ön söz )