Poeziyanın söz qədər yaşı vardır. Ən qədim ədəbiyyat nümunələri nəzmdə yazılmışdır. Poeziya-insanın mənəvi təbiətinin rəsmi, melodiyasıdır. Şair-rəssamların rənglərlə çəkdiyi rəsmi sözlə yaradan insandır. Şeir duyğuların, mənəvi halın sözlə əbədiləşməsidir. Şeir oxumaq hər bir insanın mənəvi ehtiyacıdır. Eyni şeir hər oxucusunda fərqli hisslər oyadır, başqa bir ruh halı yaşadır.

 

1999-cu ildə YUNESKO tərəfindən Ümumdünya poeziya günü qeyd edilmsəsi qərarı veilmişdir. 2000-ci ildən etibarən isə Ümumdünya poeziya günü hər il keçirilir. Azərbaycanda isə poeziyanı yaradan insanların “Şairlərin günü” dörd ildir ki, 5 iyunda qeyd edilir. Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən biri olan Mikayıl Müşfiqin doğum günü ilə üst-üstə düşən əhəmiyyətli hadisənin ideya müəllifi Xəyal Rzadır.

Şair Xəyal Rzanın poeziyası mövzu cəhətdən rəngarəng, müxtəlif çalarlıdır. Yaradıcılğını mövzu baxımdan vətənpərvərlik ruhlu, təbiətlə insanın vəhdətini əks edən şeirlər, lirik sevgi şeirləri təşkil edir. Heca vəznində yazılmış, çarpaz qafiyəli “Darıxmışam” şeirində şair Qarabağ, yurd həsrətini yazıya köçürmüşdür.

Gözlərimdə qurumaz yaş,

Vətən, sənsiz darıxmışam.

Ürəyimdə ağır bir daş,

Vətən, sənsiz darıxmışam.

Rəssamlar, yazarlar, şairlər zamanın axışı ilə mübarizə aparan insanlardır. Yaradıcılıqlarında zamanın sürətini ləngitmək, zamana qarşı çıxmaq səyləri görünür. Və hər bir yaradıcı insan bunu əsərlərində özünə məxsus şəkildə edir. Xəyal Rza heca vəznində yazdığı “Saat” şeirində zamana üsyan edir.

Ay, saat səninlə necə dil tapım,

Zamanı belə tez aparmayasan?

İlləri əlindən de, necə qapım,

Ömrümdən belə tez qoparmayasan?!

 

Rəsm sənətində istifadə edilən rənglərin palitrasını poeziyada sözlərlə dilə gətirən şairlər insana məxsus duyğuları, insanın mənəvi aləminin obrazını

yaradırlar. Şeirdə istifadə edilən rənglərin öz simvolizmi vardır. Rənglərin mənası onu şeirə gətirən şairin öz daxili aləminə görə dəyişir. Xəyal Rza da yaradıcılığında rənglər mövzusundan yan keçməmişdir. Şair “Rənglər”, “Qırmızı” kimi sərbəst şeirlərində rəngləri öz ruh halına uyğun təsvir etmişdir. Şeirlərində hər rəngin şairə məxsus mənası vardır. Bunu “Qırmızı” şeirini oxumaqla da duymaq olur.

Həsrət – qara rəngdədir, Kədər – boz rəngdə... Ümid – mavi rəng, Nə qəribə ahəng?! Sarı – qəriblikdir... Ağ – xoşbəxtlik... Yaşıl – inamdır, Qalx bir süfrə aç, Şam yandır. Sevginin rəngi – qırmızı, darıxma, Döyər qapımızı.

Xəyal Rzanın şeirlərində müraciət etdiyi mövzulardan biri də insanının daxili aləminin təbiətlə vəhdəti, təbiətə üsyanıdır. İnsan hər zaman təbiət haqqında öz şəxsi xüsusiyyətlərinə oxşar fikir söyləyir. “Dəniz”, “Yağma yağış” şeirlərində bu hisslər təsvir olunmuşdur.

Yağma yağış, Sən yağanda xatirilər düşür yada, Sən yağanda sənlə birgə ürəyimə yağır o, da. Yağma yağış, Gəl ağlama için-için, Mən dərdimi sənə deyim, Sən də danış, Ağlayırsan axı neyçin?!

Qonaq dərdim” şeiri şairin fəlsəfi məzmunlu şeiridir. Şair bu şeirində dərdin portretini çəkir. Bu sərbəst şeirdə acı duyan, dərdli insan obrazını fərli şəkildə təsvir edir.

 

Xoş gəlmisən qonaq dərdim! Xoş gəlmisən! Anladım ki, sən bu qədər tez dönməkdə, Məni doğma biımisən. Heç bilmirəm sevinimmi, Kədərlənib ağlayımmı?!

Heç bilmirəm qonaq kimi, Sənə ümid bağlayımmı qonaq dərdim?!

 

Bu həftə fərqli dünyası olan, həyatın hər üzünün – yaşamın, sevginin, ölümün, kədərin, sevincin, ümidin rəsminin sözlə palitrasını yaradan insanların “Şairlərin” günüdür. Poeziya bayramınız mübarək!

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə