![]() |
![]() ![]() |
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu daha bir ilkə imza atıb.
Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində gənc azərbaycanlı yazıçı Pərvin Nurəliyevanın "Qar yağacaq" adlı hekayələr kitabı Daşkənddəki "Extremum Press" nəşriyyatında çap olunub.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anarın "Ön söz" yazdığı topluya Pərvin Nurəliyevanın 11 hekayəsi və 1 kinossenarisi daxil edilib.
Kitabı orijinaldan özbək dilinə tanınmış alim və tərcüməçi Babaxan Məhəmməd Şərif çevirib. Nəşrdə Babaxan Məhəmməd Şərifin "Pərvin – Azərbaycan ədəbiyyatının ümidi" adlı məqaləsi yer alıb. Məqalədə müəllif sovet dövründəki Azərbaycan ədəbiyyatına nəzər salır, XXI əsrdə gənc yazarlar arasında yeni istedadlı nəslin yetişdiyini bildirir.
Bu ilin payızında Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Azərbaycan və Özbəkistan yazıçılarının, ədəbiyyat xadimlərinin iştirakı ilə kitabın təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulub.
AYB.az
Bu günlərdə azərbaycanlı yazıçı və dramaturq Nüşabə Əsəd Məmmədlinin "Payız tanqosu" ("Autumn Tango", London, 2015) kitabı Böyük Britaniyada nəşr olunub.
Nəfis tərtibatla və yüksək poliqrafik keyfiyyətlə nəşr edilmiş kitabı ingilis dilinə Cavid Abbasov tərcümə edib. Kitabın redaktoru ingilis yazıçısı və publisisti Michael Brannockdur.
Kitaba müəllifin "Qürub" povesti, "Payız tanqosu", "Süleyman peyğəmbərin padşahlığı", "Həzrət Abbas ərizəsi" hekayələri daxil edilib. Təsvir olunan hadisə və əhvalatların özünəməxsus səpkidə canlandırıldığı bu əsərlərdə yazıçı müasirlərini düşündürən və narahat edən bir sıra mühüm sosial və mənəvi-əxlaqi problemlərə toxunub.
Kitabı www.lulu.com, www.amazon.com, www.books.google.com saytlarından sifariş yolu ilə əldə etmək olar.
Qeyd edək ki, bu, Nüşabə Əsəd Məmmədlinin ingilis oxucularına təqdim olunan ilk əsəri deyil. Belə ki, ötən il Amerikada nəşr olunan "Müasir Azərbaycan qadın nəsri" (Modern Azerbaijani Women's Prose, Trafford Publishing, Bloomington, 2014) antologiyasına yazıçının bir neçə hekayəsi daxil edilib.
AYB.az
Xatirə Rəhimbəyli yeni kitabını təqdim etdi
"Ulduz” jurnalının iyun sayı işıq üzü görüb.
AYB.az xəbər verir ki, iyun ayının 19-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda gənc şair, Gənc Ədiblər Məktəbinin məsul katibi Emin Pirinin “Tanrının kölgəsi” adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib.
İyun ayının 17-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda gənc şair Arzu Hüseynin “Sonu əlvida” şeirlər kitabının imza günü keçirilib.
Iyun ayının 11-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda yazıçılar - Mirkazım Seyidov və Vüsal Əsgərovun “Azərbaycan: Avropa Oyunlarının ilk evi” kitabının təqdimat mərasimi keçirilib.
Iyun ayının 8-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Dilarə Ağamusanın (Nağıyeva-Muxtarova) “Nurlu əməllərin işığında” kitabının təqdimat mərasimi keçirilib.