AYB.az saytı xəbər verir ki, aprel ayının 17-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair, publisist Nizami Muradoğlunun anadan olmasının 60 illiyinə həsr olunan tədbir keçirilib.

Ardını oxu...

Qədim Şərq ölkələrində nə zamansa belə bir inanc mövcud olub. Bu inanca görə hər bir insan öz həyatı boyu Tanrıdan üç şey diləyir: güc, səbir və müdriklik. Gücü insan Tanrıdan ona görə istəyir ki, dünyada dəyişə biləcəklərini dəyişməyə qüvvəsi çatsın. Səbri ona görə istəyir ki, dəyişməyə gücü çatmayacaq şeylərə dözə bilsin. Müdrikliyi isə insan ona görə istəyir ki, birincilərlə ikinciləri dəyişik salmasın, onları bir-birindən ayıra  bilsin… Ancaq Ulu Tanrı bu üç əlaməti-güc, səbir və müdrikliyi hər insana nəsib etmir. Lakin mənə elə gəlir ki, xeyli zamandan bəri yaxından tanıdığım dostum, keçmiş məmur, tanınmış şair-publisist, yazıçı-dramaturq və istedadlı alim Nizami Muradoğluya Tanrı bu üç əlamətin üçünü də bəxş edib.

Ardını oxu...

Təbrikin balacası, böyüyü olmur, yubilyarın balacası, böyüyü olur. Bəlkə də bu yazdıqlarımızla Anarın doğum gününə bir qədər gecikmişik. Bayram günlərinə təsadüf etdiyindən, qəzetimizin növbəti buraxılışı da gecikdi. Amma əsas məsələ bu deyil. Əsas odur ki, Azərbaycanda sadəcə hamının Anar kimi tanıdığı nəhəng bir yazıçı var. O yazıçının bir-birindən maraqlı roman, povest, hekayələri, yüzlərlə publisist məqalələri var. O yazıçının Azərbaycanın ictimai-siyasi həyatında çox böyük rolu olub və bu gün də var.

Ardını oxu...





Aprelin 4-də Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu ilə Rusiya Federasiyasında fəaliyyət göstərən Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzi  İdarə Heyətinin sədri Namiq Şahpələgov arasında görüş keçirlib. Görüşdə hər iki mərkəzin fəaliyyətinin əlaqələndirilməsi imkanları, bu imkanların layihələşdirlməsi, əməli işə keçməsi perspektivləri müzakirə edilib. Görüşün sonunda Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ilə Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzi arasında Memorandum imzalanıb. Memorandum bir çox ortaq fəaliyyət istiqamətləri ilə yanaşı Rusiyada yaşayan azərbaycanlılara  rus mədəniyyətini  milli dildə tanıtmağı, çağdaş rus ədəbiyyatı nümunələrinin Azərbaycan dilinə tərcümə, nəşr və təbliğ edilməsini, çağdaş Azərbaycan ədəbiyyatınıi rus dilinə tərcümə, nəşr və təbliğ etməyi, Rusiyada yaşayan azərbaycanlılar, Azərbaycanda yaşayan rusların arasında ardıcıl mədəni dialoqa nail olunmasına dəstək verilməsini, görüşlər və yaradıcılıq gecələri, dəyirmi masaların təşkil edilməsini də əhatə edir.

Ardını oxu...

Moskvada Rusiya Yazıçılar Birliyinin, litclub.ru, stixi.ru və proza.ru portallarının təsis etdiyi, YUNESKO-nun patronajlığı altında hər il beynəlxalq poeziya günündə təqdim edilən nüfuzlu «İlin yazıçısı» mükafatı növbəti dəfə 5 nominasiyada öz sahiblərini tapdı.

Ardını oxu...