Bakı Slavyan Universitetində “Müqayisəli ədəbiyyat. Ədəbiyyat və mədəniyyətlərdə istoriografiya: mif, ədəbiyyat və tarix arasında” mövzusunda V Beynəlxalq Elmi Konfransı keçirilir.

Ardını oxu...


“Yazıçılar Birliyinin yeni yaradılacaq ayb.az saytı elektron ədəbiyyat aləmində canlanam yaradacaq”. Saytın ideya müəllifi və qurumun mətbuat xidmətinin rəhbəri Xəyal Rza  bildirib ki, portalının açılışı dekabrın 25-də AYB-nin Natəvan klubunda olacaq.“Ayb. az gündəlik yenilənən bir sayt olacaq. Sayt geniş auditoriya üçün nəzərdə tutulub. Saytda xəbərlər, köşə yazıları, ayrıca şeirlər, hekayələr, bayatılar, qəzəllər, romanlar bölümü var. Hər kəslə əməkdaşlıq arzusunda olan saytın sosial şəbəkələrə keçidi olacaq. Bu isə tanınmış saytlarda olduğu kimi müəlliflərin yazılarının daha çox oxucu tərəfindən oxunmasına yardımçı olacaq. Ölkələr bölümündə əməkdaşlıq edə  bildiyimiz, əlaqələrimizin olduğu müxtəlif ölkələr var. Amerika, Hollandiya, Finlandiya, İsveç, Türkiyə, Gürcüstan, Danimarka və s. bu ölkələrdən də müəllif yazıları  yerləşdirəcəyik.” 

Ardını oxu...


Azərbaycan Yazıçılar Birliyinə dəxli olmayan adamlar, Yazıçılar Birliyinə qarşı fitnəkarlıqlarından əl çəkməyərək, birliyin nüfuzuna xələl gətirmək niyyətilə  hər vasitəyə əl atırlar. İndi də gündəmə Abbas Abdulla mövzusunu gətiriblər.

Ardını oxu...