![]() |
![]() ![]() |
Azərbaycan Yazıçılar Birliyinə dəxli olmayan adamlar, Yazıçılar Birliyinə qarşı fitnəkarlıqlarından əl çəkməyərək, birliyin nüfuzuna xələl gətirmək niyyətilə hər vasitəyə əl atırlar. İndi də gündəmə Abbas Abdulla mövzusunu gətiriblər.
Abbas Abdulla həm alim, həm tərcüməçi, həm də şair kimi öz sözünü demiş, ədəbi mühitdə tanınan, bilinən bir imza olaraq, layiqli, dəyərli bir insandır. Xarici əlaqələr üçün yalnız texniki amilləri əsas gətirib, “elektron ünvanın nə olduğunu bilimir” kimi fikirlərlə münasibət bildirmək, məsələyə bəsit yanaşmadır. Abbas Abdullanın Türkiyə, Gürcüstan, Ukrayna və başqa xarici ölkələrlə yaxın ədəbi əlaqələri var, bu əlqələrdən səmərəli istifadə edilir.
Bir anlığa düşünək ki, Abbas Abdulla tutduğu vəzifədən azad edildi. İndi onun əleyhinə yazan həmin adamlar və belə məqalələrə yer ayıran qəzetlər hay-küy qaldıracaqlar ki; qocaman yazıçını cölə atdılar, cörəksiz qoydular.
Biz çıxış yoluna fərqli yanaşırıq. Azərbaycan Yazıçılar Birliyi Abbas Abdullaya dəstək olacaq və onun rəhbərlik etdiyi şöbənin işinin gücləndirilməsi istiqamətində addımlar atacaq.
Azərbaycan Yazıçılar Birliyinə qarşı növbəti təxribat da istedadlı şair Adil Mirseyidlə bağlıdır. AYB rəhbərliyi Adil Mirseyidin xəstəliyi ilə bağlı məlumatdan son günlər xəbər turub. AYB və ayrı-ayrı yazıçılar imkanları daxilində ona yardım göstərməyə hazırdırlar. Ancaq işlədiyi bütün idarə və təşkilatlardan yarıtmaz fəaliyyətinə görə qovulmuş, görkəmli yazıçılara qarşı daim tərbiyəsiz çıxışlar edən, biədəb ifadələr səsləndirən bir adamın Adil Mirseyidə “qahmar çıxması”nın tək bir səbəbi var; AYB-dən qisas almaq!
“Yeni Müsavat” qəzetinin həmin adamın fitnəkar sözlərini çap etdiyi (N 331-5689 – 13 dekabr 2013) nömrəsində Adil Mirseyidin qızının bəyanatı da yer alıb. Ayan xanım deyir: “Əziz dostlar, Adil Mirseyidin səhhəti, Allaha şükürlər olsun ki, yaxşıdır. Ağır günlərin çoxu arxada qaldı. Doğrudur, sağalmaz xəstəlikdir və bunun üçün də çoxlu güclü müalicələr alır, hər günü dərmanlara bağlıdır. Bu gün ağır başlıqlı yazını oxuyandan ürəyimin ağrısından dayana bilmirəm, gələn çoxsaylı zənglərin və məktubarın ardından bu açıqlamanı verməyi özümə borc bildim. Adil Mirseyidi sevənlər, qorxmayın, Allah və sizlərin dualarınız sayəsində çox şükür, səhhəti yaxşılaşıb.”
Bu məsələ ilə bağlı Publika.az saytına isə Ayan xanım daha geniş münasibət bildirib.
“Son günlərdə mətbuatda atamın səhhəti ilə bağlı müxtəlif yazılar dərc olunur. Xoş niyyətlə yazılan, xeyirxaq yazıların müəlliflərinə minnətdarlıq edirəm. Təəssüf ki, bəzi yazılar heç də xoş niyyətli deyil. Bəzi müəlliflər məsələnin məğzinə varmadan səriştəsiz yazılar çap etdirirlər. Atamı görmədən, tanımadan, onunla bir kəlmə kəsmədən qələmlərini diktafonlarını götürüb AYB-yə cumurlar. AYB ictimai bir təşkilatdır. Bu təşkilatın yüzlərlə üzvü kimi atam da oranın siravi bir üzvüdür. Kimin kiminlə, hansı təşkilatla problemi varsa, özləri həll etsinlər. Adil Mirseyidin adından sui-istifadə etməsinlər. Düzdür, biz atamın səhhəti ilə bağlı dövlət orqanlarına müraciət etmişik. Bu o demək deyil ki AYB-ni günahkar hesab edirik. Atam bu ölkənin vətəndaşıdır və vətəndaşı olduğu bu dövlətdən yardım istəməyə haqqı çatır. Xahiş edirəm ki, bu məsələ ilə Heydər Əliyev Fondu, şəxsən Mehriban xanım Əliyeva maraqlansın. Biz yalnız onlara müraciət etmişik. Onun yaşamağı sadəcə müalicələrdən, dərmanlardan asılıdr. Beləliklə də, zaman qazanılır, yaşaması, sağlamlığına qovuşmasının tək çarəsi qaraciyərini dəyişdirməkdir, yalnız bununla saglamliğına qovuşa bilər. Ümid edirik ki, səsimizi eşidəcəklər”.
Ayan Mirseyid əlavə edib ki, kimin AYB ilə, Anar müəllimlə hansısa problemi varsa, gedib özü həll etsin.” Atamın adından istifadə etməyin, onun belə ucuz reklama ehtiyacı yoxdur. Ömründə bir dəfə atamı görməyən, onunla oturub çay içməyən adamlar indi populyarılq xatirinə guya onun təəssübünü çəkirlər. Mənim atam şoumen deyil ,gedin şounuzu başqa yerdə edin. Belə şeyə sadəcə namərdlik demək olar. Şəxsən heç kimin qapısını döyməyib, heç kimdən heçnə istəməyib. “Yeni Müsavat”a Adil Mirseyidin böyük hörməti olub ,orda şəxsi dostlarıda var amma mən bu cür yanaşma tərzini onlara yaraşdırmadım”.
Əlavə şərhə ehtiyac yoxdur!
AYB MƏTBUAT XİDMƏTİ