![]() |
![]() ![]() |
09 oktyabr tarixində «Qobustan» Sənət Toplusunun Payız sayı işıq üzü görüb.
"Ulduz" ədəbiyyat dərgisinin sentyabr sayı işıq üzü görüb. Jurnal Günel Mehrinin "Özüylə söhbəti" və "Doğum günü" hekayəsi ilə açılır.
Şəhriyar del Gerani Xalq yazıçısı Çingiz Abdlulayeva belə bir məktub göndərib:
«Gün aydın, Çingiz müəllim. Bu qədər xətrinizə dəyəcəyini düşünməzdim. Çox pis oldum. Mən sizə qarşı nankorluq etdim.
Mənim atam da eyni sözləri deyir. Bu haqda status yazacam, Çingiz müəllim. O statusda qeyd edəcəm bütün səhvlərimi. Üzrlü hesab edin…»
Güman edirik ki, səmimi şair sözüdür. Səhv etdiyini açıq ürəklə boynuna alır, ona edilən taleyüklü böyük yaxşılığı nankorcasına danmır, səhvini düzəldəcəyini etiraf edir. Həqiqətən də ilk növbədə Azərbaycan Pen klubunun sədri kimi Çingiz Abdullayev Yazıçılar Birliyinin və Xarici İşlər Nazirliyinin də fəal iştirakıyla İranda həbs olunmuş iki gənc şairimizin – onlardan biri də Şəhriyar idi – azad edilmələri üçün böyük səy göstərdilər və buna nail oldular. Şəhriyarın atası oğlunun İran məhbəsindən azad olunmasına görə Çingizə dəfələrlə minnətdarlığını bildirmişdir.
Sonralar Şəhriyar Çingizə ünvanladığı bu məktubunu pozmuşdur. Amma axı yazılana pozu yoxdur. Təəssüf ki, «dünən elə düşünürdüm, bu gün belə düşünürəm» mövqe dəyişkənliyi zəmanəmizdə çoxlarına xas olan cəhətdir. Sanki «kişinin sözü bir olar» tövsiyyəsi büsbütün unudulub.
Bir qədər əvvəl etdiyi nəcib etirafından imtinasının səbəbi isə budur ki, Çingizin Şamaxıda keçirilən forumda uğurlu çıxışı Şəhriyarın xoşuna gəlməyib. Əlbəttə, bu təbii haldır. Hər çıxış hamının xoşuna gələ bilməz. Amma çıxışı bəyənmədiyin üçün nəinki münasibətini yüz səksən dərəcə dəyişmək, hətta səndən yaşca böyük görkəmli yazıçını – ələ salmaq, təhqir etmək düz hərəkət deyil. Şəhriyar Çingizin doğma dilində ləhcəylə danışmasına lağ edir. Birincisi, Azərbaycanda ləhcəylə danışan tək Çingiz deyil ki… Çox adamın nitqində, doğulduğu, boya-başa çatdığı regionun ləhcə xüsusiyyətləri açıq hiss olunur. İkincisi, onu nəzərə almaq lazımdır ki, Çingiz orta məktəbi də, ali məktəbi də rus dilində bitirib. Rus dilində təhsil almış azərbaycanlılara yazıçı olmağı qadağan etməliyik?
Çuvaşıstan Yazıçılar İttifaqı idarə heyətinin 08 İyul 2023-cü il tarixli qərarı ilə Azərbaycan Yazıçılar Birliyi Poeziya seksiyasının rəhbəri, şair İbrahim İlyaslı ÇYİ-na üzv qəbul edilib. İdarə heyətinin iclasında tanınmış çuvaş yazarları V.Zaxarov, Y.Petrov və N.Krasnova çıxış edərək, İbrahim İlyaslının ümumtürk ədəbiyyatına xidmətlərindən danışmış, şairin rus dilinə çevrilmiş şeirlərindən söz açmışlar.