Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, AMEA Gəncə bölməsi və AYB Gəncə bölməsinin təşkilatçılığı ilə Xalq şairi Nigar Rəfibəylinin 110 (yüz on) yubiley ilinə həsr edilmiş tədbir 16.06.2023-cü ildə Xan bağında Xalq şairi Nigar Rəfibəylinin heykəli önündə başladı.

Ardını oxu...

Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin xəttiylə və şəhər İcra Hakimiyyətinin dəstəyi ilə yanvar ayının sonlarında elan edilən və  ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş iki nominasiyadan ibarət şeir  müsabiqəsi bu gün uğurlu sonluqla yekunlaşmışdır.

   Uşaq və Gənclərin İnkişaf Mərkəzində düzənlənən müsabiqənin yekun turunda əvvəlcə ulu öndərin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş  şəhidlərimizin xatirəsi bir dəqiqəlik sayğı duruşu ilə yad edildi. AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə çıxış edərək dedi ki həm I (Yerli və bölgədə yaşayan yazarların Ulu Öndərin şəxsiyyətini və siyasi fəaliyyətini əks etdirən ən yaxşı şeirləri), həm də II (Ulu Öndər haqqında görkəmli Azərbaycan şairləri tərəfindən yazılan şeirlərin ən yaxşı qiraətçiləri), nominasiyalar üzrə müsabiqəyə qatılanların say çoxluğu mərhum ölkə Prezidentimizə yönəlik ehtiram hissinin ən bariz nümunəsidir. Mingəçevir şəhər İcra Hakimiyyətində şöbə müdrinin müavini vəzifəsində çalışan Elşən Əliyev, münsiflər heyətinin üzvləri,-Uşaq və Gənclərin İnkişaf Mərkəzinin direktoru Ədalət Ouliyeva, Mingəççevir Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Namaz Manafov, şəhər Bələdiyyəsinin şöbə müdiri, yazıçı-publisist Zahid Qasımlı və Şahlar Şükürov adına 35 saylı Kəlbəcər rayon tam orta məktəbin direktoru, tanınmış şair Elşən Əzim müsabiqənin yekun turuna qatılan məktəblilərə xeyir-dualar verib, uğurlar arzuladılar.

  Çağdaş Azərbaycan ədəbiyyatının bir sıra görkəmli sənətkarları ilə yanaşı, digər qələm sahiblərinin də ulu öndərə həsr etdikləri şeirləri qiraətlərində səsləndirən uşaq və gənclərin çıxışlarından sonra, münsiflər heyəti üzvlərinin yekdil rəylərinə əsasən Türkan Qaffarova (17 saylı məktəb) birinci yerə, Gülər İsmayılova (15 saylı məktəb), Məsim İmanov (7 saylı məktəb) II yerə, Bətül Abbaslı (9 saylı məktəb), Fatimə İskəndərli (2 saylı məktəb), Zəhra Qafarlı (( saylı məktəb) isə  III yerə layiq görüldülər. Yusif Məmmədovla (9 saylı məktəb) Nuray İskəndərli (2 saylı məktəb) fərqləndirici   yerə sahib oldular.

   Müsabiqənin I nominasiyası üzrə seçim şəhər Uşaq və Gənclərin İnkişaf Mərkəzi direktorunun iş otağında, çay süfrəsi ətrafında aparıldı. Münsiflər heyətinin sədri İsmayıl İmanzadənin hamı tərəfindən dəstəklənən təklifi ilə birinci yerə bölgə yazarlarından heç kim sahiblənmədi. İkinci yerə şəhərdə və bölgədə yaşayan şairlərdən Seymur Paşayev (“Müdrik-dahi rəhbər” adlı şeiri ilə), Ələkbər Sönməz (“Sən gəlməsəydin” adlı şeiri ilə), III yerə tanınmış şair-publisist Məmməd Mərzili (“Heydər baba” şeiri ilə), fərqləndirici yerə isə Rəfael Dəmiroğlu (“Dahilər dahisi” adlı şeiri ilə) sahibləndilər.

  Sonda AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə və Mingəçevir şəhər İcra Hakimiyyətinin məsul işçisi Elşən Əliyev münsiflər heyətinin üzvlərinə seçimdə fəal iştiraklarına görə  təşəkkürlərini bildirdilər. Onların hər ikisi çıxışlarında qeyd etdilər ki qaliblərə mükafatlar aprel ayının sonlarında ulu öndərin  anadan olmasının 100 illiyinə həsr ediləcək təntənəli Poeziya gecəsində təqdim ediləcəkd

Məmməd Mərzili      

Vahid Qafarlı

 

 Azərbaycan Jurnalistlər Birliyinin üzvləri

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Polşaya səfər edib. Səfər Azərbaycanın Polşadakı Səfirliyinin dəvəti və təşkilatçılığı ilə gerçəkləşib.

AYB.az xəbər verir ki, Fondun prezidenti səfər çərçivəsində Polşanın Krakov şəhərində yerləşən, ölkənin ən qədim ali təhsil ocağı olan Yaqellon Universitetini ziyarət edərək, universitetin İnkişaf üzrə prorektoru Yaroslav Gorniaki görüşüb. Görüşdə həmçinin, Universitetin müxtəlif fakültələrinin nümayəndələri, eləcə də Səfirliyin əməkdaşları iştirak edib.

Görüşdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Türk Dünyasının qədim və zəngin mədəni irsinin qorunması, tanıdılması və gələcək nəsillərə ötürülməsi üzrə geniş miqyaslı fəaliyyətindən söz açılıb. Fondun təşkilata üzv və müşahidəçi dövlətlər ilə yanaşı, digər xarici ölkələrlə də tərəfdaşlıq əlaqələrinin genişləndirməsindən bəhs olunub. Fondun Polşa ilə əməkdaşlıq çərçivəsində Yaqellon Universiteti ilə iş birliyi məsələləri müzakirə edilib, Anlaşma Memorandumunun imzalanması barədə razılığa gəlinib.

Daha sonra Fondun Prezidenti Filologiya fakültəsi nəzdində Şərqşünaslıq İnstitutunun Türkologiya departamentinin professor və tələbə heyəti qarşısında mühazirə ilə çıxış edib. Günay Əfəndiyeva rəhbərlik etdiyi təşkilatın prioritet istiqamətləri və beynəlxalq səviyyəli layihələri haqqında auditoriyaya məlumat verib. O, Türk Dünyasının tarixinin, mədəniyyətinin, adət-ənənələrinin Polşada təbliği, ümumtürk mədəni dəyərlərinin qorunması haqqında söhbət açıb.

Eyni zamanda Fondun prezidenti türk xalqlarının əsrlərdən bəri qoruyub yaşatdığı bayramlarından olan Novruzun tarixi, özündə ehtiva etdiyi dəyər və ideyalarından bəhs edib.

Sonda tədbir iştirakçılarına Novruz xonçası və milli şirniyyatlar təqdim olunub.

AYB.az