Oktyabr  ayının 9-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda gənc yazıçı Pərvinin “Söhbətlər” ( ön sözün müəllifi xalq şairi Fikrət Qoca), türkcə “Balerin” (tərcüməçi İmdat Avşar, ön sözün müəllifi xalq yazıçısı Anar), rusca “Dlya Samira” (ön sözün müəllifi xalq yazıçısı Anar) kitablarının təqdimat mərasimi keçirilib.

Ardını oxu...


Sentyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi və Tacikistanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə  fars-tacik alimi və şairi Əbdürrəhman Caminin 600 illik yubileyinə həsr olunan “Əbdürrəhman Cami və müasirlik” adlı beynəlxalq konfrans keçirilib. AMEA-nın Ədəbiyyat institutunda baş tutan yubiley mərasimi öz işinə Tacikistanın Prezidenti İmoməli Rəhmanın "Taciklər tarixin aynasında” adlı kitabının təqdimatı və digər nəşrlərin sərgisi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibəyli konfransın işinə uğurlar arzuladı və eyni zamanda AMEA-nın prezidenti Akif Əlizadənin, Tacikistan Elmlər Akademiyasının (TEA) prezidenti, TEA-nın müxbir üzvü Fərhad Rəhimov, həmçinin İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakainin təbrik məktubları qonaqların diqqətinə çatdırılıb.

 

Daha sonra İ.Həbibəyli Ə.Cami yaradıcılığına həsr olunan geniş məruzə ilə çıxış edərək bildirdi ki, Şərqin böyük dühası, dünya ədəbiyyatında şöhrət qazanmış Caminin 3 hissəli divan yaratması və yaradıcılığında ictimai düşüncələri, ümumdünya dəyərlərini, cəmiyyətlə dövlətin əlaqələrini və mənəviyyatı ön plana çəkməsi onu bəşəri sənətkarlar sırasına daxil edib.

Bunun ardınca TEA-nın prezidenti, TEA-nın müxbir üzvü Fərhad Rəhimovla internet vasitəsi ilə görüntülü əlaqə yaradılıb. O, tədbiri təşkil etdiyinə, Cami yaradıcılığı və həyatına verilən qiymətə görə Azərbaycan ziyalı ictimaiyyətinə, həmçinin AMEA-ya minnətdarlığını ifadə edib.

 

Tacikistanın ölkəmizdəki səfiri Zoxir Saidov isə iki ölkə arasındakı münasibətlərin inkişafını yüksək dəyərləndirərək, Ə.Cami yaradıcılığının əhəmiyyətindən danışdı: “Humanizm və ədaləti tərənnüm etmək, fanatizmə qarşı çıxmaq nöqteyi-nəzərindən Cami öz dövrünün fəlsəfi-ictimai görüşlərindən yüksəkdə durur. Müasir nəsil üçün Cami bu cəhətdən daha maraqlı, əsərlərinin öyrənilib tədqiq edilməsi isə daha diqqətəlayiqdir, çünki Firdovsi, Nizami, Sədi və başqa Şərq klassikləri kimi, Cami də bu halda öz sinfinin mənafeyindən yüksəyə qalxmış və xalq ideyalarını bədii formada təcəssüm etdirməyi bacarıb. Bu konfransı keçirməkdə məqsədimiz Əbdürrəhman Caminin ədəbi irsini daha da tanıtmaqdır”.

Daha sonra UNESCO-nun Azərbaycandakı nümayəndəsi Günay Əfəndiyeva və digər iştirakçıların Ə.Cami yaradıcılığı ilə bağlı məruzələri dinlənilib.

Tədbirdə Azərbaycandan əlavə, Tacikistan, İran və Əfqanıstan alimlərinin də məruzələrlə çıxışlar etdilər. Çıxışlar Əbdürrəhman Caminin Azərbaycan əlyazmaları, Cami irsinin tərcüməsi, tədqiqi və nəşri, məsnəviləri, bəzi sufi alimlərin Cami yaradıcılığına tənqidi baxışları və ümumiyyətlə Cami yaradıcılığını özündə əks etdirən mövzuları əhatə edirdi. Cami yaradıcılığı ətrafında ədəbi, fəlsəfi müzakirələr, qısametrajlı filmin nümayişi və qəzəllərinin deklamasiyası da tədbirin proqramında yer alıb.

 
AYB.az
Mehparə

 

 


Oktyabr ayının 1-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda klassik irsin araşdırıcısı, şair, qəzəlxan Hacı Mailin xatirə gecəsi keçirildi.

Ardını oxu...






Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, sədrin müşaviri Rauf Aslanov, kadrlar idarəsinin rəisi Arifə Əliyeva və mətbuat xidmətinin rəhbəri Xəyal Rza Gəncəyə səfər ediblər. Qurum nümayəndələri öncə Ağdaş rayonunda dəfn edilmiş şair, rəssam Adil Mirseyidin məzarını, daha sonra isə uzun illər Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinə sədrlik etmiş şair Məmməd Alimin məzarını ziyarət ediblər.  

Ardını oxu...