![]() |
![]() ![]() |
AYB.az xəbər verir ki, dekabr ayının 10-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda biologiya üzrə fəlsəfə doktoru Sadıq Qarayevin “Sahilsiz təzadlar” kitabının təqdimat mərasimi keçirilib.
AYB.az saytı xəbər verir ki, dekabr ayının 3-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “Çağdaş şeirlər” kitabının təqdimat mərasimi keçirilib. Kitabda “Caspian Pipe Coatings” şirkətinin təşkil etdiyi “Çağdaş şeirlər” müsabiqəsi qaliblərinin şeirləri yer alıb.
“Zamanın əsirləri”
“Ulduz” jurnalının noyabr sayı türk xalqları ədəbiyyatından seçmələrə həsr olunub. Jurnal Cavanşir Yusiflinin “Orijinal axtarışında” ekspert yazısı ilə açılır. Cavanşir Yusiflinin jurnal barədə təklifləri, iradları, tənqidi qeydləri oxuculara təqdim olunur.
AYB.az saytı xəbər verir ki, noyabr ayının 27-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Türkiyədən qonaq gələn şair Osman Başın “Xarı bülbül” şeirlər kitabının təqdimat mərasimi keçirilib.
Moskva şəhəri Kütləvi informasiya vasitələri və reklam Departamentinin dəstəyi ilə Rusiya Yazıçılar İttifaqının nəşr etdirdiyi "müharibə illərinin od-alovları, yanğınlar, dostlar və yoldaşlar haqqında" almanaxı çapdan çıxmışdır. Böyük vətən müharibəsinin iştirakçıları olan tanınmış yazıçılar tərəfindən hazırlanan 704 səhifəlik kitab rus dilində nəşr olunub, nəfis tərtibatlı kitab min nüsxə tirajla buraxılıb. Cilddə verilən mətnlər illüstrativ materialları təsdiq edir.Topluya Rusuyanın 20-dən çox müəllifin oçerk və hekayələri daxil edilmişdir. Böyük Vətən müharibəsinin 70 illiyi qələbəsi münasibətilə buraxılan bu kitab xüsusi önəm daşıyır. Bu almanaxda Moskvada yaşayan qocaman yazıçımız Əbdül Hüseynovun 12 oçerk və hekayələri yer almışdır. Əbdül Hüseynovun bu topluda yer alan əsərləri Yazıçılar Birliyi Moskva bölməsinin katibi Nəsib Nəbioğlunun təşəbbüsü və dəstəyi ilə nəşr olunub.
“Şansız”
AYB.az saytı xəbər verir ki, noyabr ayının 19-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Altay Hüseynlinin “Slevin” kitabının imza günü keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar incəsənət xadimi, Əməkdar elm xadimi, sənətşünaslıq doktoru, professor Zemfira Səfərova haqlı olaraq Azərbaycanda müsiqi mənbəşünaslığının banisi sayılır. Orta əsrlər alimləri Urməvinin, Marağainin, F.Şirvaninin risalələrini, eləcə də XIX əsrin ensikolopedist alimi Nəvvabın «Vüzühul ərqam» əsərini ilk dəfə məhz o təhlil, şərh və nəşr etdirmişdir. Z.Səfərova Ü.Hacıbəylinin musiqi əsərlərinin nəşrini hazırlamışdır.