![]() |
![]() ![]() |
Moskva şəhəri Kütləvi informasiya vasitələri və reklam Departamentinin dəstəyi ilə Rusiya Yazıçılar İttifaqının nəşr etdirdiyi "müharibə illərinin od-alovları, yanğınlar, dostlar və yoldaşlar haqqında" almanaxı çapdan çıxmışdır. Böyük vətən müharibəsinin iştirakçıları olan tanınmış yazıçılar tərəfindən hazırlanan 704 səhifəlik kitab rus dilində nəşr olunub, nəfis tərtibatlı kitab min nüsxə tirajla buraxılıb. Cilddə verilən mətnlər illüstrativ materialları təsdiq edir.Topluya Rusuyanın 20-dən çox müəllifin oçerk və hekayələri daxil edilmişdir. Böyük Vətən müharibəsinin 70 illiyi qələbəsi münasibətilə buraxılan bu kitab xüsusi önəm daşıyır. Bu almanaxda Moskvada yaşayan qocaman yazıçımız Əbdül Hüseynovun 12 oçerk və hekayələri yer almışdır. Əbdül Hüseynovun bu topluda yer alan əsərləri Yazıçılar Birliyi Moskva bölməsinin katibi Nəsib Nəbioğlunun təşəbbüsü və dəstəyi ilə nəşr olunub.
Bu barədə Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin katibi Nəsib Nəbioğlu məlumat verib. Onun sözlərinə görə, topluda Azərbaycan layiqincə təmsil olunmuşdur. Almanaxda yer almış oçerk və hekayələr olduqca maraqlıdır. Bunlar;- «1941-ilin qısa gecəsi..», «Böyük qəhrəmanlıq», «Fransanın milli qəhrəmanı», «Üç dəfə qəhrəman», «Adriatik dənizinin sahillərində», « Dövlət Müdafiə Komitəsinin səlahiyyətli nümayəndəsi », «Axırıncı döyüş», «Faşistlərin İrandakı oyunu», «Kosmik raket texnikasının mənbəyində», «Səlnaməçi əsgər», «Molotov kokteylini kəşf edən alim», «Əmircandakı Kaştanka» oçerk və hekayələrdir.
Əbdül Hüseynovun qəhrəmanları; Fransada müqavimət hərəkatında iştirak etmiş «Armed Mişel» (Xarqo) adı ilə tanınan Əhmədiyyə Cəbrayılov, Yuqoslaviyada əfsanəvi partizan Mixaylo kimi məşhurlaşmış Azərbaycanın igid oğlu Mehdi Hüseynzadə, "Molotov kokteyli"ni kəşf edən məşhur akademik Yusif Məmmədəliyev, iki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanov, kocmik uçuşlar proqramı üzrə Dövlət Komissiyasının sədri, general-leytenant Kərim Kərimov, əfsanəvi kəşviyatçı Rixard Zorge, üç dəfə sosialist əməyi qəhrəmanı, general-polkobnik Boris Bannikov, Sovet ittifaqı qəhrəmanı Vladimir Balandin və başqalarıdır.
N.Nəbioğlu demişdir: “1941-45-ci illər Böyük Vətən Müharibəsində yüz minlərlə azərbaycanlı oğlu və qızları düşmənə qarşı amansız döyüşlərdə mərdlik və böyük qəhrəmanlıq nümunəsi göstərdilər. Müharibənin sonuna kimi düşmənə qarşı vuruşaraq qələbənin təmin olunmasında əllərindən gələni əsirgəmədilər. Təmsil etdiyi millətin qəhrəmanlıq səlnaməsinə öz qanlarıyla yeni sanlı səhifə yazdılar, adlarını tarixin səhifələrinə həkk etdilər. İkinci Dünya müharibəsi cəbhələrində azərbaycanlılar əsl şücaət, əzmkarlıq göstərdilər. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçdi,müxtəlif millətlərlə çiyin-çiyinə, həm də vətəndən çox-çox uzaqlarda döyüşən şir ürəkli oğullarımızın bu qələbədə böyük payı vardır.
Xatırladaq ki, Əbdül Hüseynov beş monoqrafiyanın, 30-dən çox tarixi povest və romanın, 7 bədii film ssenarisinin, sosial-iqtisadi problemlərə və mədəniyyətə dair 500-dək məqalənin, kinofilmlərə yazılmış çoxsaylı resenziyaların müəllifidir