Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar incəsənət xadimi, Əməkdar elm xadimi, sənətşünaslıq doktoru, professor Zemfira Səfərova haqlı olaraq Azərbaycanda müsiqi mənbəşünaslığının banisi sayılır. Orta əsrlər alimləri Urməvinin, Marağainin, F.Şirvaninin risalələrini, eləcə də XIX əsrin ensikolopedist alimi Nəvvabın «Vüzühul ərqam» əsərini ilk dəfə məhz o təhlil, şərh və nəşr etdirmişdir. Z.Səfərova Ü.Hacıbəylinin musiqi əsərlərinin nəşrini hazırlamışdır.

O, böyük bəstəkarın yaradıcılığının və estetik görüşlərinin ən görkəmli tədqiqatçısıdır. Xalqımızın musiqi və musiqişünaslıq irsini dərindən öyrənməsi nəticəsində Z.Səfərova «Azərbaycanın musiqi elmi» (XIII-XX əsrlər) adlı monumental əsər yaratmışdır.

Musiqişünas Raya Abbasovanın bu kitaba həsr olunmuş geniş məqaləsi «Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərlər məcmuəsi»nin 2014 cü il oktyabr sayında və Moskvanın mötəbər «Muzıkalnaya Akakemiya» (№3 2014) jurnalında dərc olunmuşdur. Z.Səfərovanın araşdırmasını ətraflı təhlil edərək və yüksək dəyərləndirərək R.Abbasova müəllifin milli musiqi mədəniyyətimizin beşiyi olan Şuşa haqqmda yazdıqlarını xüsusi vurğulayır.

«Şuşada doğulan və bütün ömrünü Azərbaycanın bu sənət məbədində keçirən Nəvvab Şuşanı şöhrətləndirən musiqi məclislərinin ənənəvi qanunlarına yaxşı bələd idi»

«Z.Səfərova Cabbar Qaryağdıoğlunun Şuşa dövrünü təsvir edərkən parlaq tarixi fona daha çox üstünlük verir»

Şuşanı Azərbaycan müsiqi sənətinin mərkəzi kimi səciyyələndirən bu ifadələrin mötəbər Moskva jurnalının səhifəlrinlə yer alması xüsusi önəm daşıyır.

Yeri gəlmişkən onu da xatırlamaq olar ki, bir neçə il bundan qabaq həmin jurnalın səhifələrində Z.Səfərovanın daha iki məqaləsi gərc edilib. Qarabağın və onun paytaxtı Şüşanın musiqi həyatına həsr olunmuş məqalədə bu məkanın bəstəkarlarımızın, ifaçılarımızın, xanəndələrimizin yetişməsində rolundan danışılırdı. Müəllifin bu jurnalda dərc edilmiş başqa bir məqaləsi isə «Kitabi Dədə Qorqud» dastanının musiqi dünyası» adlanırdı.

 

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə