![]() |
![]() ![]() |
Aprelin 9-da tanınmış yazıçı Elçin Hüseynbəyli Bakı Dünya Məktəbində yuxarı sinif şagirdlərilə görüşüb.
Görüş Beynəlxalq Bakalavr Proqramı (İBO) çərçivəsində keçirilib. Şagirdlər bu rpoqram üzrə Azərbaycanın və dünyanın tanınmış yazıçılarının əsərlərilə tanış olur və müzakirə edrilər. Onlar ilk müzakirəyə E. Hüseynbəylinin “141-ci Don Juan” romanını çıxarıblar.
Tədbir A1 (ədəbiyyat) müəllimi Könül Kazımovanın (İbrahimqızı) təşəbbüsü ilə baş tutub.
Görüşdən öncə Dünya Məktəbinin İB koordinatoru Rəna Həsənova proqramla bağlı yazıçıya əhatəli məlumat verib.
Məktəbin şagirdi Fidan Məmmədli yazıçının həyat və yaradıcılığı ilə bağlı bilgiləri şagirdlərə çatdırıb.
Sual-cavab və fikir mübailəsi müstəvisində keçirilən tədbir şagirdlərin gözlədiklərindən də maraqlı və səmim keçib.
Müzakirədə şagirdlərdən Vasif Yusifzadə, Ceyhun Nəsibov, Mövsüm Hüseynov, Şamil Ağayev, Mədinə Kərimova, Aydan Nağıyeva, Asim Cabbarov, Fərid Qəmbərov, Həsən Baxşızadə, İntiqam Fətizadə, Rüstəm Həsənov daha fəal olublar.
Tədbirdən sonra şagirdlər E. Hüseynbəyli ilə xatirə şəkli çəkdiriblər.
Qeyd edək ki, bundan öncə yazıçı Bakı Modern Məktəbində və Siyəzən şəhər bir saylı məktəbdə silsilə görüşlər keçirib.
ayb.az