![]() |
![]() ![]() |
Ötən əsrin 70-ci illərində şəhərdə ədəbi dərnəklər vardı. Biz orda tanış olmuşuq: Vaqif Bəhmənli, Ağacəfər Həsənli, Maarif Soltan, Adil Cəmil... Biz çox idik. Lakin bu saydıqlarım daha tez “bir-birimizi tanıdıq” və günü bu günə qədər də, necə deyərlər, bir yerdəyik. Hərəmiz öz qismətimizi, öz taleyimizi yaşasaq da, bizim ümumi bir taleyimiz də var: bu poeziyadır, ədəbiyyatdır.
“BABA OCAĞI” – ƏYLİSİN SƏSİ
“Ocaq”dan – “Baba ocağına” qədər
Bu günlərdə xalq şairi Zəlimxan Yaqubun daha bir kitabı işıq üzü görüb.
“Dünya çiçək, insan oğlu arıdı” adlanan kitabda şairin son iki ildə yazdığı və indiydək çap olunmuş şeirləri ilə yanaşı “Dahiləri belə gördüm”, “Daş və tarix”, “Aşıq Veysəl dünyası”, “Turan sevgisi”, “Şuşa şikəstəsi” və “Ün” poemaları yer alıb.
“Şərq-qərb” nəşriyyatında çap olunmuş kitabın nəşrə hazırlayanı və redaktoru Musa Nəbioğludur.
Xatırladaq ki, bu, Z. Yaqubun 2015-ci ildə nəşr olunmuş üçüncü şeirlər kitabıdır. Bundan əvvəl şairin “Qürbət düşüncələri” və “Mənə ümid kimi bax” kitabları, eyni zamanda Musa Nəbioğlunun Zəlimxan Yaqub yaradıcılığına həsr etdiyi “Sözün Zəlimxan zirvəsi” adlı kitabı oxucuların ixtiyarına verilib.
AYB.az
AYB.az saytı xəbər verir ki, may ayının 8-i Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Musa Yaquba həsr edilmiş "Qara daşın sədası" adlı kitabın təqdimat mərasimi keçirilib.Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Musa Yaqubun şeirləri ilə açıb. Tədbirin aparıcısı şair, publisist Əjdər Ol Musa Yaqubun yaradıcılığından bəhs edib. Söz alan İntiqam Qasımzadə isə Musa Yaqubla birlikdə keçirdikləri günləri yada salıb. Şairlə bağlı xatirələrini dilə gətirib. Sonda "Bu dünyanın qara daşı göyərməz" adlı şeirini deyib.
Filologiya Elmləri Doktoru Vaqif Yusifli də öz növbəsində şairin yaradıcılığından danışıb. Onu dağdan qopan canlı qaya adlandırıb.
Tahirə Ağasiyeva və digərləri də şairin şeirlərini səsləndirib.
Qeyd edək ki, "Qara daşın sədası" kitabı geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Kitab Musa Yaqubun məşhur şeiri "Bu dünyanın qara daşı göyərməz" şeirinə nəzirələrin birgə çapı ideyasından qaynaqlanıb. Kitabda həmçinin şairin müasirləri olan sənət dostlarının onun yaradıcılığına və şəxsiyyətinə həsr edilmiş şeirləri dərc çap edilib. İnternetdən, özəlliklə " facebook" səhifəsindən seçilmiş nümunələr isə şairə ümumxalq sevgisinin sonsuz təzahürünün göstəricisidir.
AYB.az
Ağdam rayonunun Quzanlı qəsəbəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə kitab bayramı keçirilib.
Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin Ağdam Rayon İcra Hakimiyyəti ilə birgə keçirdiyi tədbirdə respublikanın tanınmış yazıçı və şairləri, nəşriyyat rəhbərləri iştirak ediblər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə tər çiçəklər düzülüb.
Ağdam Dövlət Dram Teatrının qarşısında keçirilən kitab bayramında rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov, Naşirlər və Poliqrafçılar İctimai Birliyinin sədri Bəhruz Axundov, İctimai Yayım Şurasının sədri, professor Cahangir Məmmədli, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, yazıçı-publisist, Milli Məclisin deputatı Aqil Abbas və başqaları çıxış edərək, bilik mənbəyi olan kitabın əhəmiyyətindən, ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin, ədəbiyyatımızın inkişafındakı misilsiz xidmətlərindən danışıb, ölkəmizdə kitabxana sahəsinin inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğını yüksək qiymətləndiriblər.
Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkədə kitabxanaçılığın inkişaf etdirildiyi, kitabxanaların maddi-texniki bazasının yaxşılaşdırıldığı, kitab fondunun latın qrafikası ilə çap olunmuş ədəbiyyatlarla zənginləşdirildiyi bildirilib.
Ədəbi-bədii musiqili proqramla davam edən kitab bayramında müxtəlif nəşriyyat və poliqrafiya müəssisələrinin nəşrləri sərgilənib. Şair və yazıçılar gətirdikləri kitabları ağdamlı kitabsevərlərə hədiyyə ediblər.
Kitab bayramı sakinlərin marağına səbəb olub və razılıqla qarşılanıb.
AYB.az
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə R.Behbudov adına Dövlət Mahnı Teatrında faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunmuş rus uşaq ədəbiyyatı həftəsinin açılışı keçirilib.
Tədbirdə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin, Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin, ölkəmizdəki rus icmasının nümayəndələri iştirak edirdilər.
Açılışda çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədova tədbirin əhəmiyyətindən danışdı. Bildirdi ki, Azərbaycan və Rusiya arasında zəngin tarixi olan mədəni əlaqələr mövcuddur:
"Rus xalqı öz mədəniyyəti, ədəbiyyatı ilə dərin köklərə malikdir. Azərbaycanla bütün sahələrdə dostluq münasibətləri olan bu xalqın mədəniyyətinə ölkəmizdə də böyük maraq var. Bu əlaqələr gündən-günə inkişaf etməkdədir.
Təsadüfi deyil ki, Rusiyada keçirilən "Canlı klassika" beynəlxalq müsabiqəsində hər il azərbaycanlı uşaqlar da uğurla iştirak edirlər".
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin direktor müavini Aleksey Konnov iki ölkə arasında iqtisadi, mədəni əlaqələrin səviyyəsindən məmnun olduğunu ifadə etdi. Rus ədəbiyyatına və mədəniyyətinə göstərdiyi diqqətə görə Azərbaycan xalqına təşəkkürünü bildirdi.
Çıxışlardan sonra "Rusiya-Azərbaycan" və "Biz birlikdəyik" adlı videoçarxlar nümayiş olundu. Yasamal rayon uşaq yaradıcılıq mərkəzinin "Səma" rəqs kollektivinin ifası tədbirə rəng qatdı. Xətai rayonu 3 saylı uşaq evinin rus xalq nağılları əsasında təqdimatı maraqla qarşılandı. "Pətək" İctimai Birliyinin kukla teatrının us xalq nağılı "Qoğal"ı müasir quruluşda nümayiş etdirdilər.
Tədbir çərçivəsində müxtəlif başlıqlar altında rus uşaq ədəbiyyatına dair kitablar və əl işləri nümayiş etdirilir.
Mərasimə qatılan hər bir uşağa Respublika Uşaq Kitabxanasının təsis etdiyi "Göy qurşağı" uşaq jurnalı hədiyyə edildi.
Qeyd edək ki, rus uşaq ədəbiyyatı həftəsi mayın 8-dək davam edəcək. Həftənin tədbirləri Respublika Uşaq Kitabxanasında davam edəcək.
AYB.az saytı xəbər verir ki, may ayının 7-də, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Səxavət Talıblının “Adəmin övladları” kitabının imza günü keçirilib.
Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin sədrinin müşaviri Rauf Aslanov açıb. O, Səxavət Talıblının yaradıcılığından bəhs edib.
Tədbirin aparıcısı tənqidçi, “Adəm övladları”nın redaktoru Əsəd Cahangir kitabdan geniş şəkildə bəhs edib. O , bildirib ki, bu kitab Azərbaycan tarixi üçün çox vacibdir.
Daha sonra söz, şair Oqtay Rzaya və digər iştirakçılara verilib.
Kitab “Yazıçı” nəşriyyatında çap edilib. Bitkin sujetə malik, gərgin və maraqlı hadisələrlə zəngin roman, Əfqanıstan, Rusiya və Azərbaycanda son onillikdə baş verən hərbi və siyasi hadisələr fonunda bir insane taleyindən bəhs edir.
Son dövrün ən kəskin, ən aktual problemi olan milli və dini ayrıseçkiliyə qarşı çıxan müəllif ümumbəşəri birlik və sülh mövqeyində çıxış edir, bütün xalqların Adəm övladı olduğunu bird aha xatırladır.
Qeyd edək ki, “Adəm övladları” Səxavət Talıblının ikinci romanıdır.
AYB.az
AYB.az saytı xəbər verir ki, may ayının 6-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Ələmdar Cabbarlının “Günahı olan qorxmasın” kitabının imza günü keçirilib.
“Elm və Təhsil” nəşriyyatında çap edilib. Kitab “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin dəstəyi ilə ərsəyə gəlib. Kitabın məsləhətçisi, birliyin rəhbəri Qəmbər Şəmşir oğludur.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Ələmdar Cabbarlının yaradıcılığından, bu günə qədər çap ərsəyə gətirdiyi kitablardan bəhs edib.
Tədbirin aparıcısı və eyni zamanda “Günahı olan qorxmasın” kitabının redaktrou, Şirindil Alişanlı, Ələmdar Cabbarlının yaradıcılığından söz açıb.
İmza günündə çıxış edən şair, nasir Seyran Səxavət, kitabdan şeirlər oxuyub. Sözdən bəhs edən şair, bunun vacib olduğunu, insanlara doğru çatdırılmağından danışıb.
Sonda çıxış edən Ələmdar Cabbarlı imza gününün keçirilməsinə yaratdıqları şəraitə, göstərilən diqqət və qayğıya görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, iştirakçılara minnətdarlığını bildirib, kitablarını imzalayaraq oxuculara təqdim edib, yeni şeirlərindən bəzi nümunələri səsləndirib.
Qeyd edək ki, “Günahı olan qorxmasın” Ələmdar Cabbarlının işıq üzü görən sayca 6-cı kitabıdır.
AYB.az
Bugünlərdə “Ulduz” jurnalının aprel sayı işıq üzü görüb.
Dərgi şair Həyat Şəminin “Ulduz”a baxışlar dəyişir” adlı ekspert yazısı ilə açılır:
“Ulduz” jurnalının mart nömrəsi qarşımdadır, inkişaf və yenilənmə isə göz önündə. İstənilən ədəbi orqanın inkişaf və yenilənməsinin bazasında isə mütləq dəyişən məzmun və forma, kreativ kollektivin daxili potensialı, yaradıcı gücü, işlək qüvvəsi durur. Maraqlı və axtarışlı hər bir oxucunun gözü daim daha maraqlı və təəccüb doğuracaq yazı axtarışındadır. Mətbu orqan üçün oxucu sərhədi yoxdur, amma sərhədsiz oxucu qarşısına çıxmağın da böyük məsuliyyəti var”.
Ekspert yazısını gənc yazar Səxavət Sahilin şeirləri izləyir.
Qulu Ağsəsin “Görsən üşüyürsən, yandır özünü” essesi də jurnalın bu sayında dərc edilib.
“Ulduz”un aprel sayında İlkin Xaliq, İltimas Səmimi, Hikmət Məlikzadə, Esmira Məhiqızı, Leyla Faiqqızı, Faiq Hüseynbəylinin şeirləri təqdim edilib.
“Ulduz” jurnalı ilə “Ədəbiyyat qəzeti”nin birgə layihəsi olan “Variasiya”da Orxan Kamalın “İki buçuk” hekayəsinin tərcüməsi ilə bağlı müsabiqə elan olunmuşdu. Ədəbiyyatşünas alim və tərcüməçi Məti Osmanoğlu Nilufər Şıxlını tərcümə müsabiqəsinin qalibi seçib. Layihəyə, onunla yanaşı, Nazilə Gültac, Xanım Mehdixanlı, Gülnar Axundova, Turan Bayramqızı, Pərvanə Rəhimli, Şəfiqə Şəfa, Nigar An qatılmışdı.
Professor Vaqif Yusifli “Ədəbi gənclik: 2014” məqaləsində ilin poetik mənzərəsini təsvir edib.
Jurnalın “Tərcümə saatı”nda Zəka Vilayətoğlunun tərcüməsində modern türk yazıçısı Yalçın Tosunun “Damdakı”, Məlahət Qənbərovanın tərcüməsində Mar Bayciyevin “Dost axtarıram” hekayələri işıq üzü görüb.
Filologiya üzrə fəlsəfə doktoru Təranə Turan Rəhimlinin “Anarın “Gözmuncuğu” povesti əsrin nəsri kontekstində” yazısı jurnalın “Tribuna”sında verilib.
Jurnalın bu sayına Vahid Qazi “Yaddaş ləpirləri” silsiləsindən “Sonalar “gölü”nün sahili” barəsində İsveçdən yazıb.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Məleykə Alıqızının “Uğur gedilən yoldur” yazısı da “Ulduz”u aprel sayında oxuculara təqdim edilib.
Zaur Qəriboğlu “Sükutun səsi”ndə “Fikir cizgiləri”ni qələmə alıb.
Nəsrsevərlər jurnalda Aydın Canıyevin “Yesenya”, Ayişə Nəbinin “Qucağımdaymış ölüm” hekayələri ilə tanış ola bilərlər.
Məti Osmanoğlunun təqdimatında Yohan Höyzinqanın “Gənc yazarlar üçün nəzəriyyə dərsi” verilib.
Jurnalın əməkdaşı Fərqanə Mehdiyevanın “Mələklər apardı səni” yazısı dəyərli şairə Nurəngiz Günün əziz xatirəsinə ithaf olunub.
“Ulduz”un ənənəvi “Dərgidə kitab” layihəsində bu dəfə şair Xəyal Rza “Qırmızı” ilə çıxış edir.
Jurnalı alanlar hədiyyə olaraq şairə Sona Vəliyevanın “Arazbarı” kitabını və Zülfiyyə Eldarqızının “Turan ellərinə salam söyləyin” adlı diskini əldə edə bilərlər.
AYB.az