![]() |
![]() ![]() |
AYB.az saytı xəbər verir ki, may ayının 6-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Ələmdar Cabbarlının “Günahı olan qorxmasın” kitabının imza günü keçirilib.
“Elm və Təhsil” nəşriyyatında çap edilib. Kitab “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin dəstəyi ilə ərsəyə gəlib. Kitabın məsləhətçisi, birliyin rəhbəri Qəmbər Şəmşir oğludur.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Ələmdar Cabbarlının yaradıcılığından, bu günə qədər çap ərsəyə gətirdiyi kitablardan bəhs edib.
Tədbirin aparıcısı və eyni zamanda “Günahı olan qorxmasın” kitabının redaktrou, Şirindil Alişanlı, Ələmdar Cabbarlının yaradıcılığından söz açıb.
İmza günündə çıxış edən şair, nasir Seyran Səxavət, kitabdan şeirlər oxuyub. Sözdən bəhs edən şair, bunun vacib olduğunu, insanlara doğru çatdırılmağından danışıb.
Sonda çıxış edən Ələmdar Cabbarlı imza gününün keçirilməsinə yaratdıqları şəraitə, göstərilən diqqət və qayğıya görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, iştirakçılara minnətdarlığını bildirib, kitablarını imzalayaraq oxuculara təqdim edib, yeni şeirlərindən bəzi nümunələri səsləndirib.
Qeyd edək ki, “Günahı olan qorxmasın” Ələmdar Cabbarlının işıq üzü görən sayca 6-cı kitabıdır.
AYB.az