![]() |
![]() ![]() |
AYB.az saytı xəbər verir ki, may ayının 8-i Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Musa Yaquba həsr edilmiş "Qara daşın sədası" adlı kitabın təqdimat mərasimi keçirilib.Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Musa Yaqubun şeirləri ilə açıb. Tədbirin aparıcısı şair, publisist Əjdər Ol Musa Yaqubun yaradıcılığından bəhs edib. Söz alan İntiqam Qasımzadə isə Musa Yaqubla birlikdə keçirdikləri günləri yada salıb. Şairlə bağlı xatirələrini dilə gətirib. Sonda "Bu dünyanın qara daşı göyərməz" adlı şeirini deyib.
Filologiya Elmləri Doktoru Vaqif Yusifli də öz növbəsində şairin yaradıcılığından danışıb. Onu dağdan qopan canlı qaya adlandırıb.
Tahirə Ağasiyeva və digərləri də şairin şeirlərini səsləndirib.
Qeyd edək ki, "Qara daşın sədası" kitabı geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Kitab Musa Yaqubun məşhur şeiri "Bu dünyanın qara daşı göyərməz" şeirinə nəzirələrin birgə çapı ideyasından qaynaqlanıb. Kitabda həmçinin şairin müasirləri olan sənət dostlarının onun yaradıcılığına və şəxsiyyətinə həsr edilmiş şeirləri dərc çap edilib. İnternetdən, özəlliklə " facebook" səhifəsindən seçilmiş nümunələr isə şairə ümumxalq sevgisinin sonsuz təzahürünün göstəricisidir.
AYB.az