![]() |
![]() ![]() |
AYB.az saytı xəbər verir ki, may ayının 7-də, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Səxavət Talıblının “Adəmin övladları” kitabının imza günü keçirilib.
Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin sədrinin müşaviri Rauf Aslanov açıb. O, Səxavət Talıblının yaradıcılığından bəhs edib.
Tədbirin aparıcısı tənqidçi, “Adəm övladları”nın redaktoru Əsəd Cahangir kitabdan geniş şəkildə bəhs edib. O , bildirib ki, bu kitab Azərbaycan tarixi üçün çox vacibdir.
Daha sonra söz, şair Oqtay Rzaya və digər iştirakçılara verilib.
Kitab “Yazıçı” nəşriyyatında çap edilib. Bitkin sujetə malik, gərgin və maraqlı hadisələrlə zəngin roman, Əfqanıstan, Rusiya və Azərbaycanda son onillikdə baş verən hərbi və siyasi hadisələr fonunda bir insane taleyindən bəhs edir.
Son dövrün ən kəskin, ən aktual problemi olan milli və dini ayrıseçkiliyə qarşı çıxan müəllif ümumbəşəri birlik və sülh mövqeyində çıxış edir, bütün xalqların Adəm övladı olduğunu bird aha xatırladır.
Qeyd edək ki, “Adəm övladları” Səxavət Talıblının ikinci romanıdır.
AYB.az