Şair Cavanşir Atəşinin (Qocayevin) “Elm və təhsil” nəşriyyatında “Zirvədən üfüqlər daha aydın görünür” adlı kitabı çap olunub. Kitabda yazarın müxtəlif illərdə qələmə aldığı şeir, oçerk və məqalələri toplanıb.

Ardını oxu...

Əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Məmməd Aslan Xırdalan qəbiristanlığında dəfn olunacaq.

Uzun müddətdir ağciyər xəstəliyindən əziyyət çəkən şairlə vida mərasimi, bu gün saat 11-12 radələrində “Göy məscid”də olacaq
Qeyd edək ki, Məmməd Aslan 1939-cu il dekabrın 24-də Kəlbəcər rayonunun Laçın kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Pediqoji İnstitutunun filologiya fakültəsində təhsil alıb.

Bədii yaradıcılığa 1960-cı ildə "Azərbaycan müəllimi" qəzetində çıxan ilk şeirilə başlayıb. Dövri mətbuatda müntəzəm çıxış edib. Keçmiş SSRİ xalqları ədəbiyyatından tərcümələrə xüsusi qayğı ilə yanaşıb, Zülfiyyənin "Torpağa səcdə", qazax şairi Qədir Murzalıyevin "Bu bağda bülbüllər ötər" şeirlər məcmuələrini şərikli tərcümə edib. 
"Ulduz", "Azərbaycan təbiəti" jurnallarında, "Azərbaycan gəncləri", "Ədabiyyat və incəsənət" qəzetlərində çalışıb, "Yazıçı" nəşriyyatında redaktor vəzifəsində çalışıb. Azərbaycan Dövlət Teleşirkətinin "Ekran-Efir" qəzetinin baş redaktoru olub.
Bir sıra beynəlxalq və respublika mükafatları laureatıdır.
2000-ci ildə "Şöhrət" ordeni ilə təltif edilib. 

Allah rəhmət eləsin!

AYB.az



2013-cü ildən əsərləri beynəlxalq aləmdə yayılmağa başlamış istedadlı yazıçı Varisin əsas məqsədi Qarabağ həqiqətlərinin dünya oxucusuna çatdırılmasıdır. Qarabağ mövzusu, demək olar ki, yazıçının bütün roman və hekayələrinin ana xəttini təşkil edir.

Ardını oxu...

Əsərləri onlarla ölkədə çap olunan Azərbaycan yazıçısı Kamal Abdulla İtaliyada ədəbiyyat ödülünə layiq görülüb. Yazarın 2014-cü ildə İtaliyada nəşr olunan məşhur “Yarımçıq əlyazma” romanı nəşr edildikdən sonra yerli ədəbiyyat tənqidçilərinin və italyan oxucuların diqqətini cəlb etmiş, roman haqqında italyan intellektualları və yazarları (Umberto Eko, Franko Cardini və başqaları) xoş sözlər söyləmişdir. Roman hissə-hissə “İl sole 24 ore” qəzetində çap olunmuş, Beynəlxalq Milan Kitab Sərgisində təqdimatı keçirilmiş, daha sonra İtaliyanın Mədəniyyət nazirliyi tərəfindən roman təkrar nəşr edilmiş, yerli televiziyalarda roman ətrafında müzakirələr aparılmışdır.

Ardını oxu...

Sentyabrın 21-i Azərbaycanın tanınmış şairəsi Nurəngiz Günün doğum günüdür. 

Şairə 1938-ci ildə Bakıda ziyalı ailəsində dünyaya göz açıb. Azərbaycan Dövlət Teatr İnstitutunun məzunu olan Nurəngiz Gün Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində diktor vəzifəsində çalışıb. Azərbaycan  Dövlət İncəsənət Universitetində səhnə danışığı və nitq mədəniyyəti kafedrasında müəllim işləyib.
Ədəbiyyata “Tanrı” povesti ilə gələn şairə “Tanrı bəşər övladıdır”, “Ağ qanadlar”, “Günəşə dua”, “Yol gedirəm”, “Xocalı simfoniyası” və başqa kitabların müəllifidir. Nurəngiz Günün şeirləri bir çox xarici ölkələrdə - Türkiyədə, Estoniyada, Özbəkistanda, İranda, İraqda, keçmiş Yuqoslaviyada çap olunub. Şairə müxtəlif vaxtlarda xarici ölkələrin ədəbi mükafatlarına layiq görülüb.
Yaşasaydı bu gün görkəmli şairin 77 yaşı tamam olacaqdı.
“AYB.az”ın oxucularına şairənin şeirlərini təqdim edirik.

Ardını oxu...

Prezident İlham Əliyev tərəfındən “Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə  “Şərəf” ordeni ilə təltif edilən Azərbaycanın ünlü şairi, Yazıçılar Birliyinin sədr müavini Fikrət  Qocanın səksən yaşına girdiyi bugünlərdə ondan nələr hiss etdiyini soruşdum.

Sualı soruşduğum an onun çox sevdiyim dörd misrası ürəyimdən keçdi:

“Biz səkkiz uşağıq, böyüdüb bizi.
Bu da asan deyil, çox çətin işdir.
Bunu ata olub bilmişəm, düzü,
Atam onu bizə heç deməmişdi -”

Bu sadə anlatımla özünün ata olmasından, atasına duyduğu sevgidən, onunla bağlı xatirələrindən, ona duyduğu sayğıdan nə də gözəl söz açır.  Əslində öz atasının timsalında bütün ataları təsvir edir.

Dörd cümləylə oxucunu keçmişə (Yaşanmış hadisələrə!) aparıb, iki cümləylə indiki zamana döndərir.  

“Ömür zamanla uçacaq yanaşı,
Min illərlə ölçüləcək insanın yaşı”.

Fikrət Qocanın bu özünəməxsus və çox təsirləndirici şeirlərində hər zaman önəmli mesajlarla qarşılaşırıq. Qısaca dörd misraya bütün dünyanı sığışdırır. Çox rahatlıqla...

“Cəsarət təqaüdə çıxmaz
Sən onu öz övladının gözlərində görəcəksən.
Yuxularına girəcək
qarşısında diz çöküb hönkürəcəksən”.

“Fikrət Qoca poeziyasında da... bəzən misra gülür, bəzən beyt, bəzən də bənd gülür. Amma bir az diqqət kəsiləndə görürsən ki, bütövlükdə şair gülmür, onun hər  bir əsərində dərd, kədər, qüssə var; həyatda  olduğu kimi, insanın insan olduğunu unutmayacaq qədər... Elə buna görə şair olmağa, Fikrət Qoca ömrü yaşamağa dəyərmiş...” sözləriylə Arif Əmrahoğlu, şairin iç dünyasını çox gözəl təsvir edir.

“Bir oğlum var, üç qızım var.
Yeddi nəvə ulduzum var.
Az vaxtım var, çox arzum var,
Allahdan möhlət istəyirəm”.

Fikrət Qocanın “Payız gəldi”, “Gəl ey səhər”, “Anama məktub”,”Gecə yaman uzundur”, “Küləklər “, “Əlvida”... kimi bir-birindən gözəl şeirlərinə bəstələr qoşulub Azərbaycanda.

Türkiyədə də onun yazdığı “Gəl ey səhər” mahnısı çox sevilərək dinlənilir.

Diləyim budur ki, Azərbaycanda bəstələnmiş mahnılarının hamısına  yaxın zamanda Türkiyədə də qulaq asmaq olsun.

- Fikrət bəy, səksən yaşınız olur, doğrumu?

- Mən də inanmırdım, deyirdim bu qədər yaşamaq olarmı? Amma olurmuş. Səksən yaşım olur.

- Sizə hədiyyələr edəcəklər, bəs özünüz özünüzə səksən yaşda hansı hədiyyəni edirsiniz?

- Bu yaxınlarda ürəyim mənə bir infakt hədiyyə etdi. Təslim olmadım. Yəni özümü sınağa çəkdim. Deyəsən, bu təyyarədən qaldım... Seçilmiş əsərlərimin səkkiz cildliyi çapdan çıxdı. Cildləri hazırlayarkən arxivimə nəzər saldım, çap olunmamış xeyli əsərlərimi tapdım. Bəzinin varlığı tamamən yadımdan çıxmışdı. İndi onları bir daha gözdən keçirib nizama salacağam, dərgilərə təqdim  edəcəyəm.

- Yubileyinizi təntənəli qeyd etmək istəyirsinizmi? Nə zaman? Harada?

- Mənə qalsa, istərdim ki, səksən yaşımın olduğunu heç bilməsinlər. Amma bilirlər. Havalar istidi. Qarşıdan sərin, sakit payız ayları gəlir. Dostlarla, doğmalarla toplaşarıq, bir gün keçirərik. Yaşlılarla xatirələrə qayıdarıq. Cavanlarla görüşərik, onları görərik, özümüzü göstərərik. Zatən mənim işim budur.

- Gələcək planlarınızdan danışa bilərsinizmi? Əlinizdə yarımçıq işiniz varmı?

- Nə qədər ki yaşayıram, deməli, yarımçıq işim var. Öləndə də ən azı bir yarımçıq işim qalacaq. Gələcək planlara qalanda mənim yaşımda gələcəyə planlar qurmaq qocalığın ağılsızlığıdır. Bu yaşıma kimi özümdə acgözlük hiss etməmişdim. Amma indi hiss edirəm ki, həyatdan doymamışam. Yaşamaq istəyirəm. İndi məndə yaşamaq acgözlüyü var. Qocaldıqca həyat daha şirin olur. Hətta bir an da olsa, artıq yaşamaq istəyirsən.

- Gənclərə nə demək istərdiniz?

- Mən indi bilirəm ki, heç nə bilmirəm. Öyrənmək istəyirəm, uşaqdan da, gəncdən də, böyüklərdən də öyrənmək istəyirəm. Bir də belə gözəl dünya əlimə düşəcək, düşməyəcək - nə bilim. Hər halda dünyaya gəldiyimə, hətta əzablarını, işgəncələrini gördüyümə görə Allahıma şükür edirəm, ondan çox razıyam. Həyatın şirinliyini mənə yaşadığım ağrılar - acılar öyrətdi. Mən əsasən çox yaxşı yaşamışam bəxtim gətirib. Çəkdiyim ağrılara, acılara görə də Allahıma şükürlər deyirəm.

- İntervüyə görə çox sağ olun, söz verin ki, 85-də söhbəti davam etdirəcəyik.

- Ya qismət! Sizə, canım Türkiyəyə qulaq dincliyi, əmin-amanlıq arzu edirəm.

Ataköy qəzeti, İstanbul, 3 sentyabr 2015

 AYB.az

Avrasiya Yazarlar Birliyinin aylıq dərgisi "Qardaş qələmlər"in iyul sayı şair Elşad Ərşadoğlunun yaradıcılığı ilə açılır. 
Jurnalda gənc şairin tərcümeyi- halı ilə yanaşı "Vurulmağın əlamətləri", "Həsrətimin ad günü", "Şair ömrü", "O qızın saçı göynəyir", "Aparsan özünü", "İkilik" şeirləri yer alıb.

Jurnalın iyul sayı ulu qazax ozanı Süyinbay Aronulının doğumunun 200-cü ilinə ithaf edilib. Bu səbəbdən dərginin bu sayında qazaxıstanlı müəlliflərin - Janna İmankulova, Nurqali Yusipbay, Düsen Kaseinov, Nurdaulet Akış, Nurqali Oraz, Nağaşıbek Kapalbekuli, Darhan Kıdırali və Malik Otarbayevin yaradıcılığına və ozanla bağlı yazılarına geniş yer ayrılıb.

Türkiyədən Səma Tanrıverdioğlu Ərsöz, Cəmilə Kınacı, Xədicə Üzgül, İbrahim Türkxan, Yaqub Öməroğlu, Nərgiz Birayın yazıları da maraq doğurur.

Jurnalın iyul sayında həmçinin Özbəkistan, Qırğızıstan və Kosovadan olan müəlliflərin yazıları öz əksini tapıb. 

"Qardaş qələmlər"in avqust buraxılışında azərbaycanlı müəlliflərə geniş yer verilib. Dərginin bu sayı şair Səfər Rzanın şeirləri ilə açılır. Peykər İbrahimovanın "Xəyali yazarın tərcümələri" və Natəvan Dəmirçioğlunun "Azərbaycan radiosu" yazıları da jurnalın bu nömrəsində işıq üzü görüb. Dərgidə həmçinin Türkiyədən Binnur  Qaryağdı, Hacer Öztürk, Nəzmi Şimşək, Qazaxıstandan Dauren Berikkazoğlu, Ayek Marjan Erşu, Gülzat Şoybekova, Qırğızıstandan Aman Saspayev, Turumbayevanın yazıları yer alıb.
AYB.az