Əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Məmməd Aslan Xırdalan qəbiristanlığında dəfn olunacaq.

Uzun müddətdir ağciyər xəstəliyindən əziyyət çəkən şairlə vida mərasimi, bu gün saat 11-12 radələrində “Göy məscid”də olacaq
Qeyd edək ki, Məmməd Aslan 1939-cu il dekabrın 24-də Kəlbəcər rayonunun Laçın kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Pediqoji İnstitutunun filologiya fakültəsində təhsil alıb.

Bədii yaradıcılığa 1960-cı ildə "Azərbaycan müəllimi" qəzetində çıxan ilk şeirilə başlayıb. Dövri mətbuatda müntəzəm çıxış edib. Keçmiş SSRİ xalqları ədəbiyyatından tərcümələrə xüsusi qayğı ilə yanaşıb, Zülfiyyənin "Torpağa səcdə", qazax şairi Qədir Murzalıyevin "Bu bağda bülbüllər ötər" şeirlər məcmuələrini şərikli tərcümə edib. 
"Ulduz", "Azərbaycan təbiəti" jurnallarında, "Azərbaycan gəncləri", "Ədabiyyat və incəsənət" qəzetlərində çalışıb, "Yazıçı" nəşriyyatında redaktor vəzifəsində çalışıb. Azərbaycan Dövlət Teleşirkətinin "Ekran-Efir" qəzetinin baş redaktoru olub.
Bir sıra beynəlxalq və respublika mükafatları laureatıdır.
2000-ci ildə "Şöhrət" ordeni ilə təltif edilib. 

Allah rəhmət eləsin!

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə