“Kitabevim.az” kitab mağazasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, şair, yazıçı-publisist İlqar Fəhminin “XAN” nəşriyyatında işıq üzü görmüş “Son reportaj”, “Nostalji”, “Sən kimsən Səfəvi?” və “Bu gündən dünənə” adlı 4 kitabının təqdimat mərasimi keçirilib.

Ardını oxu...

   AYB.az xəbər verir ki, dekabr ayının 23-də Beynəlxalq Mətbuat Mərkəzində yazıçı Varisin Moskvada, nüfuzlu «Sovremenniki i klassiki» seriyasından çap edilən «Yanvarın 13 günü» kitabının mediaya təqdimatı keçirilib.

Ardını oxu...

“Ulduz” jurnalının 12-ci sayı  artıq işıq üzü görüb. Jurnal akademik Nizami Cəfərovun “Hərənin öz ulduzu... və hamının bir “Ulduzu”” ekspert yazısı ilə açılır. “Ulduz”un noyabr sayında yazıları çap olunan müəlliflər  “Ulduz”un bu sayını qaçırmasalar yaxşıdır.

Ardını oxu...


Dekabrın 23-ü, saat 17:00-da Kitabevim.az kitab mağazasında Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı  İlqar Fəhminin “XAN” nəşriyyatında işıq üzü görmüş külliyyatından “Son reportaj”, “Nostalji”, “Sən kimsən, Səfəvi?” və “Bu gündən dünənə” adlı ilk 4 kitabının təqdimat mərasimi keçiriləcək.

Ardını oxu...

Dekabrın 16-da, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda (AYB) Xalq şairi, AYB-nin I katibi Fikrət Qoca haqqında "Od oğluyam, alovlardan doğuldum" kitabının təqdimat mərasimi keçirilib.

Ardını oxu...



«ATV Kitab» seriyasının növbəti nəşri – görkəmli Litva yazıçısı Vinstas Krevenin «Azəristan ölkəsi» kitabı «Parlaq imzalar» nəşriyyatında nəfis tərtibat və yüksək poliqrafik keyfiyyətlə işıq üzü gördü. ««ATV Kitab» layihəsinin rəhbəri Səlim Babullaoğlu bizə eksklüziv açıqlamasında bildirib ki, kitabı dilmizə  Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, tanınmış publisisit, tərcüməçi və fikir adamı Mahir Həmzəyev çevirib: «Olduqca vacib kitabdır və uğurlu tərcümədir ki, biz buna görə Mahir müəllimə təşəkkürümüzü bildiririk… Düşünürəm, bu əsər təkcə ədəbiyyatsevərlərin deyil, ötən əsrin əvvəllərindəki tariximizi öyrənmək, görmək istəyən tarixçi-mütəxəssislər üçün də əvəzsiz mənbə olacaq. Bilirsiz, bu kitabda erməni xislətini ifşa edən çoxlu məqamlar var. Özü də bunu azərbaycanlı yox, bir litvalı, özü də sıradan olmayan bir insan-böyük mütəfəkkir və ziyalı yazıb. Aşağı-yuxarı yüz il əvvəl…»

Ardını oxu...


Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Gənclər üçün Təhsil Mərkəzi, “Kaspi” Qəzeti və “Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyasının təşəbbüsü ilə “Azərbaycan Gənclərinin Maarifçilik Forumu” keçirilib.

Ardını oxu...