![]() |
![]() ![]() |
Mayın 6-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda III Gənc Ədiblər Məktəbinin "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəslə görüşü keçirilib.
Mayın 3-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda gənc şair Gülnar Səmanın aybKitab layihəsi çərçivəsində çap olunan “Gül” şeirlər kitabının təqdimatı keçirilib. Tədbiri şair Əkbər Qoşalı açaraq G. Səmanın şeirlər kitabından söz açıb: “Bu gün Gülnarın günüdür. Onun “Gül” kitabının təqdimatına toplaşmışıq. “Gül” sözünü istər isim kimi, istərsə də fel kimi anlamaq olar. Mən inanıram ki, bu “Gül”ün ətri, rayihəsi daha geniş arealda yayılacaq və bizi həmişə riqqətə gətirəcək... Gülnar öz ədəb-ərkanı, təmkinliliyi ilə seçilir. Şeirləri daha çox gənclərin ruhları ilə səsləşir”.
Mayın 2-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda yazıçı-tərcüməçi Kamran Nəzirlinin “Dördüncü möhür” romanının təqdimatı keçirilib. Tədbiri Birliyin katibi İlqar Fəhmi açaraq K.Nəzirlinin yaradıcılıq uğurlarından söz açıb: “Kamran Nəzirlini təqdim etməyə ehtiyac yoxdur, məncə. O, uzun zaman Azərbaycan ədəbiyyatında külüng çalan yazarlardan biridir. Onun əsərləri oxucular tərəfindən daim maraqla qarşılanıb. Bu gün isə onun “Dördüncü möhür” romanının təqdimatına yığışmışıq”.
Tanınmış yazıçı və dramaturq Elçin Hüseynbәylinin Qarabağ müharibəsi mövzusunda yaratdığı məşhur əsərlərdən biri - “Boz eşşəyin məktubları” adlı hekayәsi Litva dilində işıq üzü görüb. Hekayə Litva Yazıçılar İttifaqının “Literatura ir Menas” (“Әdәbiyyat vә İncәsәnәt”) hәftәliyinin 8 aprel 2016-cı il tarixindә çıxmış 14-cü sayında çap edilib.
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü, “Kaspi” qəzetinin təsisçisi, şair-publisist dr. Sona VƏLİYEVAnın “ARAZBARI” şeirlər kitabı Tatarıstanın paytaxtı Kazanda, tatar dilində çap olunub.
“Ulduz” jurnalının aprel sayı işıq üzü görüb. Jurnal Əməkdar jurnalist, şair-publisist Telli Pənahqızının zərif duyğularla qələmə aldığı “Yaz yazısı” ekspet yazısı ilə açılır. Bu sayda gənc şair Ulucay Akif “özüylə söhbət” edir. “Tribuna”da Vaqif Yusifli “Gənc şairlər, sözüm sizədir...” deyib gənclərin yaradıcılığını incələyir.