![]() |
![]() ![]() |
İyunun 14-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda görkəmli yazıçı Qərib Mehdinin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri AYB-nin Birinci katibi, Xalq şairi Fikrət Qoca açıb: “Qərib şəxsiyyət olaraq üstün xüsusiyyətlərə malik bir insandır və yaradıcılığında da həmin keyfiyyətlər var”.
Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan “Dünya ədəbiyyatı” dərgisinin bugünlərdə yeni sayı işıq üzü görüb.
Məlum olduğu kimi, bu yaxınlarda Türkiyəyə səfər etmiş Azərbaycan ədiblərinin - Xalq yazıçısı, AYB sədri Anarın "Göz muncuğu" və "Yaşamaq haqqı", Birliyin katibi, şair Rəşad Məcidin "Bir daha gəlməyəcək", yazıçı Pərvinin "Anar dünyası" və "Sevdim səni" kitablarının təqdimat mərasimi keçirilib.
"ATV Kitab" seriyasının “Parlaq imzalar”la birgə layihəsi çərçivəsində silsilənin növbəti 7-ci nəşri –görkəmli Azərbaycan şairi Vaqif Səmədoğlunun indiyəqədər çap edilməmiş pritçaları- “Gürzəçöl yazıları” işıq üzü görüb. Kitab müəllifin vəfatından sonra işıq üzü görən ilk anadilli kitabıdır. “Gürzəçöl yazıları”nın tərtibçisi, redaktoru və ön sözün müəllifi şairin ömür-gün yoldaşı Nüşabə Babayeva-Vəkilovadır.
Bədii Tərcümə Mərkəzinin daha bir işi işıq üzü gördü
Abşeron rayonunun Mehdiabad qəsəbəsində fəaliyyət göstərən 4 saylı məktəbdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayevlə şagirdlərin görüşü keçirilib.
Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Günel Eyvazlının “AYB kitab” layihəsi çərçivəsində çap olunan “Cadugər” kitabının təqdimatı keçirilib.
Mayın 11-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda "Ədəbiyyat qəzeti"nin illik əlavəsi olan "Ədəbiyyat" jurnalının təqdimat mərasimi keçirilib.