Son xəbərlər

 


Məlum olduğu kimi, bu yaxınlarda Türkiyəyə səfər etmiş Azərbaycan ədiblərinin - Xalq yazıçısı, AYB sədri Anarın "Göz muncuğu" və "Yaşamaq haqqı", Birliyin katibi, şair Rəşad Məcidin "Bir daha gəlməyəcək", yazıçı Pərvinin "Anar dünyası" və "Sevdim səni" kitablarının təqdimat mərasimi keçirilib.

 

Sözügedən kitabların Türkiyədə necə qarşılandığı barədə İLESAM-ın rəhbəri, tanınmış şair Mehmet Nuri Parmaksızın fikirlərini öyrəndik:
 
"Qardaş Azərbaycanın ünlü yazarları öncə Kırşehirdə bir sərgiyə qatıldılar. Daha sonra Ankarada Anarın, Rəşad Məcidin və Pərvinin kitablarının təqdimatı keçirildi. 26 mayda Türk Tarix Qurumunun salonunda çox fərqli, gözəl bir tədbir oldu. Oxucular yazarlara suallarını ünvanladılar, kitablarla bağlı fikirlərini bölüşdülər, alimlər, qələm adamlarımız da çıxış etdilər. Kitabların böyük maraqla qarşılandığının şahidi olduq. Təqdimatı keçirilmiş o kitablar hazırda Türkiyədə satışdadır. Kitabxanalara da göndəriləcək, oxumaq istəyən insanlar onları əldə edə biləcəklər. Kitablar hələ təzə yayımlanıb. Zaman içində bu yöndəki cəhdlərimizin nəticəsini görəcəyik".

M.N.Parmaksız Xalq yazıçısı Anarın kitabının Türkiyədə xüsusilə böyük əks-səda doğurduğunu qeyd edib: "Anarın "Yaşamaq haqqı" kitabı çox böyük əks-səda yaratdı. Səbəbi budur ki, kitab Azərbaycanın mədəniyyət tarixindən bəhs edir, müstəqillik mübarizəsini ortaya qoyur. Nəticədə, türk dünyası üçün bütün zamanlarda əhəmiyyətini qoruyan, keçərli mesajlar verilir. "Yaşamaq haqqı" təxminən 700 səhifəyə yaxın, çox önəmli bir kitabdır. Anarın xatirələrinin yer aldığı kitab hər kəsin, hər dövlətin istər mədəni, istər milli, istərsə də siyasi anlamda yaşamaq haqqı olduğunun ifadəsidir".

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə