Son xəbərlər

 


"ATV Kitab" seriyasının “Parlaq imzalar”la birgə layihəsi çərçivəsində silsilənin növbəti 7-ci nəşri –görkəmli Azərbaycan şairi Vaqif Səmədoğlunun indiyəqədər çap edilməmiş pritçaları- “Gürzəçöl yazıları” işıq üzü görüb. Kitab  müəllifin vəfatından sonra işıq üzü görən ilk anadilli kitabıdır. “Gürzəçöl yazıları”nın tərtibçisi, redaktoru və ön sözün müəllifi  şairin ömür-gün yoldaşı Nüşabə Babayeva-Vəkilovadır.

 "ATV Kitab" seriyasının rəhbəri Səlim Babullaoğlu  eksklüziv müsahibəsində belə deyib: « Vaqif müəllim XX əsr poeziyamızın ikinci yarısında özünəməxsus yeri olan böyük şairlərimizdir.  Biz onu bir çox yaradıcı amplualarda görmüşük. Şair kimi, dramaturq kimi, esseist kimi... Amma pritça – bir başqa janrdır, xüsusi təfəkkür tərzi istəyir. “Gürzəçöl yazıları” kitabı ilə bizim oxucular Vaqif Səmədoğlunu bir başqa cür kəşf edəcəklər...” “Parlaq imzalar”nəşriyyatının direktoru Nurman Tariq də  kitabın nəşrini əlamətdar hadisə hesab edir. Onun fikrincə Vaqif Səmədoğlu kimi nüfuzlu imzalar seriyanın sambalından,  seriyanın atıq ciddi mədəni hadisə kimi cəmiyyətdə oturuşduğundan xəbər verir.

“Gürzəçöl yazıları” kitabının tərtibçisi,  şairin ömür-gün yoldaşı Nüşabə Babayeva-Vəkilova görkəmli şairin doğum günü ərəfəsində kitabın nəşrini olduqca sevindirici, xoş bir hadisə olduğunu qeyd elədi: “Bu çox əlamətdar, yerinə düşmüş nəşrdir. Mən inanıram ki, Vaqif Səmədoğlunun ruhu sevinəcək. Nəşrə görə  ATV kanalına, “Parlaq imzalar” nəşriyyatına təşəkkür edirəm. “ATV Kitab” seriyası ciddi seriyadır və mədəni hadisədir...”

Kitabın redaktoru Toğrul Musayevindir, bədii-texniki tərtibat  İsmayıl Süleymanlıya aiddir. "ATV Kitab" layihəsinin redaksiya heyətinə Vüqar Qaradağlı (sədr), Məsiağa Məhəmmədi, Cavanşir Yusifli, İlqar Fəhmi, Etibar Babayev, Səlim Babullaoğlu (layihə rəhbəri), Seyfəddin Hüseynli, Dilman Şahmərdanlı, Rəşid Çulaq və Bəxtiyar Əlirzayev daxildir. Kitaba və seriyaya informasiya dəstəyi www.news.atv.az tərəfindən verilir. Kitabı şəhərin əksər kitab dükanlarından əldə etmək olar. Eyni zamanda internet üzərindən www.parlaqimzalar.az saytından və 055 259 72 59 telefon nömrəsi ilə də sifariş edə bilərsiz.

Çatdırılma pulsuzdur.

 AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə