![]() |
![]() ![]() |
Aparıcı və nitq mədəniyyəti üzrə mütəxəssis Cəlalə Nəzəroğlunun “Danışığınla həyatı qazan” kitabının təqdimat mərasimi olub. 3 saylı “ASAN Xidmət” mərkəzində keçirilən tədbirdə millət vəkilləri, tanınmış ziyalılar, o cümlədən, dilçi alimlər iştirak edirdilər.
Mütaliəyə diqqətin artırılmasını məqsədi daşıyan “Oxu Günü-2” ədəbiyyata marağı olan hər kəs üçün nəzərdə tutulub. Layihənin hədəfi yeniyetmə və gənclərin oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə marağının artırılması, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır. “Oxu Günü” layihəsi bu il Bakı şəhərində reallaşacaq.
Azərbaycan Yazıçılar Birliyinin “Ulduz” ədəbi-bədii jurnalının baş redaktoru, şair Qulu Ağsəsin şeirlər kitabı ingilis dilində çapdan çıxıb. “Mütərcim” nəşriyyatı tərəfindən "Contemporary Azerbaijani Poetry" (“Müasir Azərbaycan şeiri”) seriyası ilə buraxılan bu kitab “Dawn” (Dan yeri) adlanır.
Ədəbiyyatşünas alim, professor İmamverdi Əbilov dünyasını dəyişib. APA-nın məlumatına görə, İ. Əbilov aprelin 9-da 89 yaşında vəfat edib.
Filologiya elmləri doktoru, professor Teymur Əhmədovun “NURLAR” nəşriyyat-poliqrafiya mərkəzində nəfis tərtibatla beş cilddə çap olunmuş “Seçilmiş əsərlər”i bütövlükdə zəhmətkeş alimin külliyyatını əks etdirir.
2002-ci ildə Nobel mükafatına layiq görülən macar yazıçı İmre Kertez 86 yaşında dünyasını dəyişib.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri – Artur Millerin “7 pyes” kitabı işıq üzü görüb.
Tanınmış ədəbiyyatşünas-alim, professor Qəzənfər Paşayevin yeni kitablarının təqdimatı keçirilib. "Əta Tərzibaşının folklorşünaslıq fəaliyyəti" və "Ədəbi məktublar" adlı kitablar müəllifin yaradıcılığının müəyyən dönəmlərini əks etdirmək baxımından əlamətdardır.
Martın 25-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda III Gənc Ədiblər Məktəbinin (GƏM) ikinci toplantısı keçirildi.