Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair Səlim Babullaoğlu Rusiya Federasiyası Ulyanovsk Vilayəti hökuməti, İncəsənət və Mədəniyyət Siyasəti Nazirliyi və “Ulyanovsk-mədəniyyət paytaxtı” Fondunun birgə təşkilatçılığı 13-17 sentyabr tarixlərində Ulyanovsk şəhərində keçirilən VI Beynəlxalq Mədəniyyət Forumunda iştirak edəcək. 

Ardını oxu...

Bugünlərdə Ankarada musiqişünas-alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi, professor Zemfira Səfərovanın “Türk dünyasının Muzik Yıldızı Üzeyir Hacıbəyli” adlı monoqrafiyası çapdan çıxmışdır. Əsərdə Üzeyir Hacıbəylinin yaradıcılığının nəzəri və estetik problemləri araşdırılır.

Ardını oxu...

Gürcüstan Yazıçıları Milli Akademiyasının xətti ilə azərbaycanlı yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin “Poçt qutusu” hekayələr kitabı, tanınmış alim Məhərrəm Qasımlının (Orxan Paşa) “Yağmur qoxusu” şeirlər kitabı və Xalq Şairi Sabir Rüstəmxanlının “Ölüm zirvəsi” romanı gürcü dilində çap olunub.

Ardını oxu...



Dövlət Sərhəd Xidməti Azərbaycan Sərhəd Mühafizəsinin 97-ci ildönümünü yüksək inkişaf dinamikası və qazanılmış uğurlarla qarşılayır. Dövlət Sərhəd Xidmətinin çoxsahəli fəaliyyətində hərbi vətənpərvərlik tərbiyəsinə, Vətənə, onun sərhədlərinə məhəbbət hissinin aşılanmasına yüksək diqqət yetirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlər sırasında müxtəlif yaradıcılıq müsabiqələri xüsusi yer tutur.

Ardını oxu...

      Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü  Mahir Həmzəyevə Litvanın Bədii Sənət Yaradıcısı statusu verilib. Bu barədə Litva Respublikasının Mədəniyyət naziri Şarunas Birutis LR "Bədii sənət yaradıcısı və Yaradıcı təşkilatların statusu haqqında Qanun"a uyğun olaraq 2016-cı ilin mayın 23-də müvafiq Sərəncam imzalayıb.

Ardını oxu...