Son xəbərlər

 

Bugünlərdə Ankarada musiqişünas-alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi, professor Zemfira Səfərovanın “Türk dünyasının Muzik Yıldızı Üzeyir Hacıbəyli” adlı monoqrafiyası çapdan çıxmışdır. Əsərdə Üzeyir Hacıbəylinin yaradıcılığının nəzəri və estetik problemləri araşdırılır.

Kitabda bəstəkarın “Leyli və Məcnun”, “Koroğlu” operaları, “Arşın mal alan” və digər operetləri, “Sənsiz” və “Sevgili canan” musiqili qəzəlləri, “Azərbaycan xalq musiqisinin əsasları” elmi əsəri S.Urməvinin “Kitabi-ədvari” ilə tutuşdurulub, tədqiq olunur.

Kitab Türkiyənin nüfuzlu İLESAM (Elm və Ədəbi Əsər Sahibləri Birliyi) təşkilatının təşəbbüsüylə nəşr edilmişdir. Əsəri Türk dilinə çevirən Məhəmməd Riza Goçidir. Kitab “Tulpars” yayın evində basılmışdır.

         Z.Səfərovanın “Türk Dünyasının Müzik Yıldızı Üzeyir Hacıbəyli” adlı əsəri Türkiyədə bəstəkar haqqında çıxmış ilk kitab olaraq onun doğum gününə böyük hədiyyədir.

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə