Son xəbərlər

 
Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair Səlim Babullaoğlu Rusiya Federasiyası Ulyanovsk Vilayəti hökuməti, İncəsənət və Mədəniyyət Siyasəti Nazirliyi və “Ulyanovsk-mədəniyyət paytaxtı” Fondunun birgə təşkilatçılığı 13-17 sentyabr tarixlərində Ulyanovsk şəhərində keçirilən VI Beynəlxalq Mədəniyyət Forumunda iştirak edəcək. 
S.Babullaoğlu forum çərçivəsində Beynəlxalq Kitab Sərgi-yarmarkasına qatılacaq, forumun gündəliyində olan bir çox işgüzar və yaradıcı tədbirlərdə iştirak edəcək.

S.Babullaoğlu həmçinin qeyd edib ki, sentyabrın 16-da saat 15.30 Lenin memorialının foyesində onunla yaradıcılıq görüşü də keçiriləcək. 

Görüşə ədəbiyyatçılar, Ulyanovsk şəhərində təhsil alan ali məktəb tələbələri, şəhər sakinləri, eləcə də Azərbaycan diasporasının üzvləri də dəvətlidirlər. 

Bu barədə məlumatı, Ulyanovsk Gənct Tamaşaçılar Teatrının direktor müavini, eləcə də Beynəlxalq Kitab Sərgi-yarmarkasının təşkilatçısı Yelena Çiçnyova bildirib.

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə