Avqustun 15-də Lənkəran rayonunun İstisu qəsəbəsində Yayım Assosiasiyasının  yeniyetmə-gənclərlə görüşü keçirilib.

Görüşdə İstisu qəsəbəsinin hərbi xidmət yaşına çatmış gəncləri, qəsəbədən olan Qarabağ müharibəsi veteranları, şəhid ailələrini üzvləri iştirak ediblər. Tədbir  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Qarabağı unutma-cənub bölgəsində gənclərin vətənpərbərlik hissinin artırılmasına dair tədbirlərin təşkili” layihəsi çərçivəsində baş tutub. Şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilən tədbiri “Yayım” Assosiasiyasının prezidenti, layihənin rəhbəri Yaşar Zeynalov açıb. Layihənin mahiyyəti və vacibliyi haqqında məlumat verən Y. Zeynalov iştirakçılara təşkilatın 2014-cü ildən bəri gənclərdə vətənpərvərlik ruhunun artırılması ilə bağlı keçirdiyi yığıncaq və görüşlərdən danışmış və alınan nəticələrin cənub bölgəsində də səmərə verəcəyini qeyd etmişdir. Gənclərlə görüşdə layihənin ekspertləri araşdırmaçı-pedaqoqlar İldırım Şükürzadə və Elsevər Həsənov çıxış edərək erməni xəyanəti nəticəsində başlanan Qarabağ müharibəsi, işğal altında olan Azərbaycan torpaqları, bu torpaqlar uğrunda şəhid olan şəhidlərimiz haqqında məlumat verib.

Tədbirdə iştirakçılara Qarabağ müharibəsi və onun acı nəticələrindən bəhs edən kitablar, üzərində Azərbaycan ərazilərinin işğal tarixləri qeyd edilmiş dəftərçə və üzərində “Qarabağı unutma” sözü həkk olunmuş qələm hədiyyə edilib.

Tədbirin sonunda iştirakçılar Lənkəran rayonunun İstisu qəsəbəsində salınmış “Şəhidlər bağı”na ziyarət edərək şəhidlərin abidəsi önünə tər güllər düzüblər.

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə