![]() |
![]() ![]() |
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü, “Kaspi” qəzetinin təsisçisi, şair-publisist dr. Sona VƏLİYEVAnın “ARAZBARI” şeirlər kitabı Tatarıstanın paytaxtı Kazanda, tatar dilində çap olunub.
Hazırda Kazanda keçirilən Abdulla Tukayın 130 illik yubiley tədbirlərində iştirak edən Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) Məsləhət Şurasının başqanı Əkbər Qoşalıdan aldığımız bilgiyə görə, bu barədə Tatarıstan Yazıçılar Birliyində (TaYB) Tatarıstanın Xalq Şairlərinin, Abdulla Tukay Ödülü laureatlarının, Türk Dünyasından gəlmiş bir qrup şair və ədəbiyyatşünasın da qatıldığı toplantıda TaYB başqanı, əməkdar incəsənət xadimi Rafis Qurban məlumat verib. Kitabı tatarcaya Tatarıstan Yazıçılar Birliyinin və DGTYB-nin üzvü, bir sıra yerli və uluslararası poeziya yarışmalarının qalibi, Tatarıstanın istedadlı yeni nəsil şairlərindən Rifat Salah çevirib.“İlham” Nəşriyyatında nəfis tərtibatla gün üzü görən kitaba Rifat Salahın “önsöz”ü və Əkbər Qoşalının müəllifin yaradıcılığı haqqında ürək sözləri yer alıb.
Xatırladaq ki, oxucular tərəfindən rəğbətlə qarşılanan “Arazbarı” şeirlər kitabı ilk dəfə 2011-ci ildə Bakıda, sonra isə qardaş Türkiyədə və İranda da çap olunub.
AYB.az