Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Gənclər üçün Təhsil Mərkəzi, “Kaspi” Qəzeti və “Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyasının təşəbbüsü ilə “Azərbaycan Gənclərinin Maarifçilik Forumu” keçirilib. Bu ilki Forumun mövzusu «Təhsil ,Gənclik və Gələcək» olub. Tədbirdə dövlət və hökümət rəsmiləri ilə yanaşı müxtəlif gənclər təşkilatlarının nümayəndələri, yaradıcı gənclər iştirak ediblər. Rəsmi hissənin sonunda maarifçilik fəlaiyyəti ilə bağlı olan bir sıra insanlar, xüsusən də gəncləra «Təhsil açarı» mükafatı təqdim edilib. Onların sırasında «ATV Kitab» layihəsinin rəhbəri, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu da olub. Eksklüziv açıqlamasında Səlim Babullaoğlu bunları deyib : «İstefada olan gənc kimi gənclər forumunda mükafat almaq xoşdur. Buna görə bütün təşkilatçılara, xüsusən “Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyasının rəhbəri Rövşən Nəcəfova təşəkkür edirəm. Əlbəttə ki, biz ədəbiyyatçılar öz işimizi görəndə heç bir mükafat haqqında düşünməmişik. Bundan sonra da belə olacaq…»

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə