Iyun ayının 11-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda yazıçılar - Mirkazım Seyidov və Vüsal Əsgərovun “Azərbaycan: Avropa Oyunlarının ilk evi” kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətinin rəhbəri, şair Xəyal Rza çıxışında tədbir iştirakçılarına yeni kitabla bağlı ətraflı məlumat verib. “Bildiyimiz kimi Azərbaycan olduqca əhəmiyyətli bir layihəyə - I Avopa Oyunlarına ev sahibliyi edir. Belə bir mötəbər yarışın ölkəmizdə keçirilməsi hamımız üçün bir bayramdır. Bu Oyunlar Azərbaycan xalqını, mədəniyyətini, mətbəxini, idmanını dünyaya tanıtmaqda böyük rol oynayacaq. Bu kitabı daha da əhəmiyyətli edən kitabın üç dildə - rus, ingilis və Azərbaycan dilində olmasıdır. Müəllifləri Azərbaycan Yazıçılar Birliyi adından təbrik edirəm”. Sonra tədbirin aparıcılığı Filologiya elmlər doktoru, professor Asif Rüstəmliyə havalə edilib. Asif Rüstəmli I avropa Oyunlarından, eləcə də Mirkazım Seyidovun müəllifi olduğu kitablardan söz açıb. Hər iki müəllifi yeni kitab münasibətilə təbrik edib: “12 iyun tarixində bütün dünyanın gözü Azərbaycanda olacaq. Bu təkcə idman yarışı deyil, həmçinin mədəniyyət və siyasəti də özündə cəmləşdirir”.

Tədbirdə AYB sədrinin müşaviri Rauf Aslanov, kitabın redaktoru Dəyanət Osmanlı, tanınmış kulturoloq Aydın Xan Əbilov, professor Zahid Xəlil, professor Əlikram Tağıyev, .air Oqtay Rza, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri cıxış edərək I Avropa Oyunlarının əhəmiyyətindən və yeni işıq üzü görən kitabdan söz açaraq müəlliflərə uğurlar arzulayıblar.

 

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə