Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair Zivər Ağayeva dünyasını dəyişib.  AYB.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın verdiyi məlumata görə, Z. Ağayeva bir müddətdir xəstəlikdən əziyyət çəkirmiş.

Z. Ağayeva ilə vida mərasimi Bilgəhdə keçiriləcək və bu gün Bilgəh qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Z. Ağayeva 1934-cü ildə Hacıqabul rayonunun Qarasu kəndində anadan olub. Bakı Tibb Texnikumunu və ADPU-nun dil və ədəbiyyat fakültəsini bitirib, "Azərbaycan qadını" jurnalında işləyib. Müəllif “Özün seç, özün bəyən”, “İlk baharda gəlmişəm” və s. kitabların müəllifidir.

Onun sözlərinə bəstələnən mahnıları Zeynəb Xanlarova, Flora Kərimova və başqa bir çox tanınmış müğənnilər ifa edib. 

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə