AYB.az xəbər verir ki, iyun ayının 19-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda gənc şair, Gənc Ədiblər Məktəbinin məsul katibi Emin Pirinin “Tanrının kölgəsi” adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid açlıb. Rəşad Məcid çıxışında Emin Pirinin istedadlı şair olduğunu qeyd edib: “Emin istedadlı gəncdir, istedadlı şairdir, mənim onun gələcəyinə böyük ümidlərim var. Bilirsiniz ki, aybKitab layihəsində bir çox tanınmış müəlliflərin kitabları nəşr edilir. Bunların arasında gənclər də var. Buna görə layihənin rəhbəri Xəyal Rzaya təşəkkür edirəm”. Sonra söz aybKitab layihəsinin rəhbəri, şair Xəyal Rzaya verilib. Xəyal Rza aybKİtab layihəsi ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib: “Bu kitab aybKitab layihəsi çərçivəsində nəşr edilən XIV kitabdır. Ötən iilin sentyabr ayında bu layihəyə start verərkən söz vermişdik ki, ilin sonunadək 20-25 kitabımız işıq üzü görəcək. Göründüyü kimi layihə nəzərdə tutduğumuz istiqamətdə irəliləyir. İlin sonunadək 25-30 kitabımız işıq üzü görəcək. Tezliklə çox önəmli bir əməkdaşlıq müqaviləsi imzalayacağıq. Təxminən sentyabr ayıdan aybKitab layihəsində nəşr edilən kitabları bütün bölgələrdə, ən ucqar kəndlərdə belə əldə etmək mümkün olacaq. XIV kitab – “Tanrının kölgəsi” münasibətilə Emin Pirini təbrik edirəm. Yeni uğurlar arzulayıram”. Daha sonra tərdbirin aparıcılığı tanınmış tənqidçi Əsəd Cahangirə həvalə edilib. Əsəd Cahangir Emin Prinin yaradıcılığından, özünəməxsusluğundan söz açıb. Tədbirdə çıxış edənlərdən AYB-nin katibi İlqar Fəhmi, yazıçı-dramaturq Elçin Hüseynbəyli, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, şair Oqtay Rza, yazıçı Əyyub Qiyas, şair İbrahim İlyaslı, şair, publisist Elçin Mirzəbəyli, şair, publisist Faiq Balabəyli Emin Pirinin yaradıcılığını yüksək qiymərləndirdiklərini, onun istedadlı şair olduğunu vurğulayaraq aybKitab layihəsinin də önəmli layihələrə imza atdığını qeyd ediblər. Sonda Emin Pirinin atası, tanınmış şair Sabir Yusifoğlu Emin Pirinin körpəlikdən qeyri-adi xüsusiyyətlərə, fərqli xarakterə malik olduğunu söyləyib və tədbirdə çıxış edən, iştirak edən hər kəsə öz minnətdarlığını bildirib. Emin Piri tədbir iştirakçılarına, aybKitab layihəsinə, tədbirin təşkili üçün Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə minnətdarlığını bildirərək oxucular üçün kitabını imzalayıb.

 

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə