AYB.az saytı xəbər verir ki, dekabrın 9-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə nəşr olunan Elman Quliyevin “Türk xalqları ədəbiyyatı”, Leyla Faiqqızının “Milli istiqlal şairi Mehmet Akif Ersoy” və Sona Çərkəzin “Ölüm hələ son deyil”  kitablarının təqdimat mərasimi keçirilib.

Ardını oxu...






Məlumat verdiyimiz kimi  Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu və “Ulu Çinar” jurnalının baş redaktoru Elxan Zal sentyabrın 16-22-si tarixlərində dünya  yazıçılarının 51-ci  Beynəlxalq Belqrad Görüşündə iştirak ediblər. Səfər porqramı  çərçivəsində  həmkarlarımız bir sıra tədbirlərə - görkəmli serb yazıçısı, Nobel mükafatçısı İvo Andriçi anma mərasiminə,  görkəmli ingilis dramaturqu Vilyam Şekspirin 450 illik və  görkəmli rus şairi M.Y. Lermontovun 200 illik yubiley tədbirlərinə,  habelə Serbiya Yazıçılar Birliyində, Milli Teatrda (Paşa Plaoviç səhnəsi),Milli Kitabxanada, Çayetina Mədəniyyət Mərkəzində keçirilən toplantılarda,  Zaltibor və Siroqoyno şeir gecələrində iştirak ediblər. Səfər zamanı   Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ilə Serbiya Yazıçılar Birliyi arasında əməkdaşlıq Memorandumu imzalanıb.  Mərkəzin sədri Səlim Babullaoğlunun AYB.az-a eksklüziv müsahibəsini təqdim edirik:

Ardını oxu...



Sentyabrın 25-də Mədəniyyət və Turizm Nazirliyinin "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" proqramına əsasən bu ilin "Folklor paytaxtı" elan olunmuş Balakəndə folklor və turizm festivalı başlandı, həmçinin poeziya görüşü keçirildi.

Ardını oxu...