![]() |
![]() ![]() |
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Əməkdar incəsənət xadimi, tanınmış şair və tərcüməçi Çingiz Əlioğlunu (Çingiz Əliyev) Fransisk Skorina medalı ilə mükafatlandırıb.
Kiyevdə Azərbaycan Səfirliyinin dəstəyi ilə Ukraynanın tanınmış “Yaroslaviv Val” nəşriyyatı tərəfindən Azərbaycanın xalq yazıçısı Anarın “Ağ qoç, qara qoç” adı ilə bir sıra əsərləri Ukrayna dilində nəfis şəkildə çap edilib. Kitaba görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun 2005-ci ildə Anarın 60 illiyinə yazdığı “Taleyin müasiri” başlıqlı məqaləsi ön söz kimi verilib. Kitaba görkəmli yazıçımızın “Ağ qoç, qara qoç”, “Dantenin yubileyi” və “Ağ liman” povestləri, “Zəncir”, “Mən, sən, o və telefon”, “Gürcü familiyası” və “Gecənin səhəri” hekayələri, “Saflaşdıran kamança naləsi” essesi, həmçinin yazıçı-publisist Günel Anarqızının “Mükəmməl insan Anar” başlıqlı müsahibəsi daxil olunub.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq şairi Vaqif Səmədoğlu ilə vida mərasimi başa çatıb. Mərhumla vida mərasimində qohumları, tanınmış ictimai-siyasi xadimlər, bir çox yazıçılar, şairlər, aktyorlar iştirak ediblər.
Azərbaycanın xalq şairi, ictimai xadim Vaqif Səmədoğlu vəfat edib.
AYB.az AzərTaca istinadən xəbər verir ki, yannvarın 20-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq Tamara Vəliyevanın qanlı yanvar faciəsinə həsr olunmuş “Mənim ağ göyərçinim” tamaşası nümayiş etdiriləcək.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov XV-XVI əsrlərdə yaşamış Azərbaycan şairi Sürurinin şeirlər toplusu-Divanının İstanbulun Süleymaniyyə və Manisa şəhər kitabxanalarında saxlanan əlyazmalarının surətlərini əldə edib.
O, qənirsiz gözəl olub, lap “su sonası” kimi. Gəncliyində görənlərin “ağlını başından alıb”, neçə-neçə igidin ürəyinə od salıb, hətta cavan qızlar da ona həsədlə baxıblar. Hələ bu, harasıdır, özü də sonralar öz gözəlliyindən heyrətə gəlib. Etirafına baxın: “Şəkillərimə baxanda deyirəm ki, İlahi, bu qızdakı nə gözəllik olub belə?” Elə ahıl çağında da yaş öz işini görsə də, zaman gözəlliyini soldursa da, bu gözəlliyin izi ilişib qalmışdı o gül çöhrəsində, tərk etməmişdi sahibini, cizgiləri açıq-aydın görünürdü. İndi də payız Günəşinə bənzəyirdi, görənlər yenə də heyran olurdu: “Ay aman, bu, cavanlıqda gör necə gözəl olub ey...”
Rusiya və Azərbaycan yazıçıları və jurnalistləri birliklərinin, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, “Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyətinin “Humay” mükafatının, A.Bakıxanov adına mükafatın, “Qızıl qələm” mükafatının laureatı, 30-dan çox kitabın, o cümlədən pyes, kinossenarisi və nəşr əsərlərinin müəllifi, professor, filologiya üzrə elmər namizədi Həsən Quliyev dekabr ayının 24-də vəfat edib.