![]() |
![]() ![]() |
Sentyabrın 16-da tanınmış naşir, şair-publisist Elçin İsgəndərzadənin 50 yaşı tamam olur. Çoxillik səmərəli fəaliyyətində Türk Dünyası ayrıca xətt təşkil edən Elçin İsgəndərzadə ilə yubileyi ərəfəsində söhbətləşdik.
Sentyabr ayında tanınmış şair və dövlət xadimi Hidayət Orucovun 70 yaşı tamam oldu. Hidayət müəllimi təbrik edir, ona cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayırıq.
Yubileyi münasibəti ilə tənqidçi-ədəbiyyatşünas Qurban Bayramovun "modern.az" saytında dərc edilmiş məqaləsini təqdim edirik.
İnsana ömrün bütün məqamları şirindir. O ki qaldı sənətkar ömrünə... Bu qələmin və sözün gücü ilə əbədiləşən bir ömürdür və adət etmişik ki, sənətkarın ömrünün ən şirin məqmları olan 50-ni, 60-ı, 70-i, 80-i, 90-ı xüsusi olaraq qeyd edək, uğurlayaq, sevinək, sevindirək...
Jurnalın səkkizinci sayı ekspert Balayar Sadiqin tənqidi məqaləsi ilə açılır. Jurnalın bu sayında yeni imzalar, maraqlı yazılar bir-birini əvəz edir. “Şeir vaxtı”nın budəfəki qonaqları Nigar An və Xanəmirdır. “Tərcümə saatı”nda Red Bredberinin “Məhəbbət hekayəsi” ni, “Qısa fikirlər xəzinəsi”ndə Stanislav Yeji Letsin unikal aforizmləriylə tanış ola bilərsiniz.
Tanınmış yazıçı İlqar Fəhmi Azərbaycan Yazıçılar Birliyinin katibi vəzifəsinin icrasına başladıqdan sonra “Ulduz” jurnalında bir sıra dəyişikliklər baş verib. Belə ki, yazıçı Təranə Vahid “Ulduz” jurnalının baş redaktor müavini, yazıçı-ssenarist Vüsal Nuru nəsr və poeziya şöbəsinin redaktoru vəzifəsinə təyin edilib.
Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub. 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.
“Yayım” Assosiasiyası piratçılığın və saxta kitabların qarşısının alınması məqsədi ilə “Pirata yox” layihəsinin icrasına başladığını elan edir. Layihə çərçivəsində bir zamanlar müəlliflər tərəfindən nəşr edilmiş, satılıb qurtarmış, lakin müəllifin və ya onun varisinin məlumatı olmadan piratlar tərəfindən çap edilərək mağazalarda satılan kitabların yenidən qanuni şəkildə çapı nəzərdə tutulmuşdur.
Bugünlərdə “Ulduz” jurnalının iyun buraxılışı işıq üzü görüb.