Jurnalın səkkizinci sayı  ekspert  Balayar Sadiqin tənqidi məqaləsi ilə açılır. Jurnalın bu sayında  yeni imzalar,  maraqlı yazılar bir-birini əvəz edir.  “Şeir vaxtı”nın budəfəki qonaqları Nigar An və Xanəmirdır. “Tərcümə saatı”nda  Red Bredberinin  “Məhəbbət hekayəsi” ni,  “Qısa fikirlər xəzinəsi”ndə Stanislav Yeji Letsin unikal aforizmləriylə tanış ola bilərsiniz.

 

Xatırladaq ki, “Ulduz” jurnalıyla “Ədəbiyyat” qəzetinin birgə layihəsi olan “Variasiya” müsabiqəsi yeni mərhələdə davam edir. Bu dəfə Haruki Murakaminin «Переводить и быть переводимым» adlı essesi oxucuların ixtiyarına verilir. Tərcümə sahəsində peşəkarlığına inanan və özünü sınayan hər kəs  bu müsabiqəyə qatıla bilər.

“Ulduz”un “Kitab dərgisi”nin qəhrəmanı Dilqəm Əhməddir. “XX əsr ədəbiyyatının ən zidiyyətli klassiki” Knut Hamsun İlham Abbasovun təqdimatında “Ulduz” jurnalı və ayb.az saytının birgə layihəsi kimi oxuculara təqdim olunur. “Asan xidmət” və  “Diskusiya klubu”nda “7 (oğul) + 1 (qız) rubrikalarında sizi maraqlı imzalarla tanışlıq gözləyir.    Jurnalın bu sayında “Könhə ulduz”: Ədalət Həsənlə təzə söhbət oxuculara təqdim olunur. 

“Ulduz”jurnalını şəhərin bütün köşklərindən əldə edə bilərsiniz.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə