Şair Vaqif Bəhmənli istefa ərizəsi yazıb. AYB.az xəbər verir ki, bu barədə şair öz facebook səhifəsində xəbər yayıb. Vaqif Bəhmənli jurnalistlərə müraciət edərək onlardan bu məsələyə diqqətli yanaşmalarını xahiş edib. Şairin həmin açıqlamasını olduğu kimi təqdim edirik. 

Ardını oxu...

Yazıçı Kamal Abdulla 65 illik yubileyi ərəfəsində ölkənin ən önəmli mükafatlarından biri - "Şöhrət" ordeni ilə təldif edilib. AYB.az xəbər verir ki, təltiflə bağlı Azərbaycan Respublikası Prezidenti cənab İlham ƏIliyev tərəfindən sərəncam imzalanıb.

Ardını oxu...

Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Hidayət Orucovun Qırğızstanın Beynəlxalq Poeziya Akademiyasının prezidenti, xalq şairi Omor Sultanov və “Türk Dünyasının Ədəbiyyatı” jurnalının baş redaktoru, Qırğızstanın görkəmli yazıçısı Aydarbek Sarmanbetov ilə Azərbaycan Səfirliyində görüşü keçirilib.

Qonaqlar Azərbaycan səfirinə iki qardaş ölkənin humanitar sahədə əlaqələrinin genişləndirilməsində gördüyü işlər üçün minnətdar olduqlarını bildirib.

Ardını oxu...

Azərbaycan Prezidenti İlham Əliyev Xalq şairi Fikrət Qocanın mükafatlandırılması ilə bağlı Sərəncam imzalayıb.
AYB.az
 məlumatına görə, sərəncamda qeyd olunur ki, Prezident Konstitusiyanın 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıb:
Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə Fikrət Göyüş oğlu Qocayev (Fikrət Qoca) “Şərəf” ordeni ilə təltif edilsin.

AYB.az

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi, Pen–klubun prezidenti Çingiz Abdullayev Fransanın Turen Departamentində təşkil olunmuş 20-ci beynəlxalq kitab festival-yarmarkasında ölkəmizi fəxri qonaq statusunda təmsil edir.

AYB.az "AZƏRTAC"-a istinadən xəbər verir ki, Turen–Avropa Mədəniyyət və Kommunikasiya Assosiasiyasının təşkilatçılığı ilə keçirilən festivalda Fransa Elmlər Akademiyasının prezidenti və üzvləri, İsveç Akademiyasının və Nobel ədəbiyyat mükafatı komitəsinin prezidenti, tanınmış dövlət və elm xadimləri, yazıçılar iştirak ediblər. Atmış mindən çox oxucunun ziyarət etdiyi festival-yarmarkada iştirak edən yazıçıların kitabları onların avtoqrafları ilə təqdim olunub.

Festivala dəvətin əsas meyarlarından biri yazıçıların əsərlərinin fransız dilində nəşr edilməsidır.

Xatırladaq ki, detektiv janrında yazılmış onlarla bestsellerin müəllifi, hüquq elmləri doktoru Çingiz Abdullayevin əsərləri 29 dildə nəşr edilərək müəllifinə dünyada böyük şöhrət qazandırıb.
AYB.az