Noyabrın 22-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan Yazıçılar Birliyinin orqanı olan "Ulduz” jurnalı və Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin birgə təşkilatçılığı ilə növbəti "Variasiya” müsabiqəsinin qalibləri mükafatlandırıldı. AYB.az xəbər verir ki, təqdimat mərasimində "Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs çıxış edərək müsabiqə haqqında geniş məlumat verib. Qeyd etdi ki, budəfəki müsabiqəyə təqdim olunan şeir Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri Səlim Babullaoğlu tərəfindən seçilib. Əvvəlkilərdən fərqli olaraq, bu müsabiqə haqqında ekspert rəyi və seçim səbəbi "Ulduz”un yeni buraxılışında təqdim olunub. Qulu Ağsəs müsabiqənin informasiya dəstəyini həyata keçirmiş AYB.az saytına da öz təşəkkürünü bildirib.

Ardını oxu...