“Ulduz” jurnalının fevral sayı işıq üzü görüb. Jurnal Azərbaycan Universitetinin filologiya və jurnalistika kafedrasının müdiri Ülviyyə Rəhimovanın “Yazının mistikası” ekspert yazısı ilə açılır. Jurnalın bu sayında Kərbəlayı həci Xanəmir Bağdadi “dialoqun qalığı...”ndan danışır. Səxavət Sahil “Romanın qəhrəmanı olan – Jorj Sand”ın yaradıcıllğından söz açır. Bu dəfə “Debüt” Emil Hacılının şeirlərini təqdim edir. “Uşaqdan böyüyə” rubrikasında Dəniz İsamyılova hekayələri ilə böyükləri heyrətləndirir. “Tərcümə saatı”nda Radomir Andriçin “Uçuşa vərdiş” kitabının “Açar uşaqların əlindədir” hissəsini Səlim Babullaoğlu Yekaterina Paniçinin sətri tərcümələri əsasında oxuculara təqdim edir. AYB-nin ədəbi seksiyalarının “Müzakirə klubu” tanınmış yazıçı Məmməd Orucun “Qısa qapanma” romanının müzakirəsini oxucuların ixtiyarına verir. “Şeir vaxtı”nda Nilufər Şıxlı və Fərqanə Mehdiyevadır. İstanbuldan Leyla Hüseynbəyli “Nostalji” hekayəsini oxuculara ərmağan edir. Vaqif Nəsib bu dəfə “3 adamın gömgöy günü”ndən yazır. “Qürbət yazıları”nda Vahid Qazi “Salam, Gülsarı!”nı xatırlayır. Nahid Şəmşir “Kurort romanı”nı, İltimas Səmimi şeirlərini təqdim edir. Bu dəfə “Tribuna”da İslam Sadıqdır. “Ovqat”da Hicran Hüseynova “Xoşbəxtliyin rəsmi”ni çəkir. “Dərgidə kitab” da Faiq Hüseynbəylidir. Jurnalın bu sayında tələbə-memar Gülər Hacıbəylinin yaradıcılığı təqdim olunur. Bunlar hamısı deyil, “Ulduz”un fevral sayı maraqlı müəlliflər və yazılarla oxucularının yolunu gözləyir.

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə