![]() |
![]() ![]() |
Dünən “Olaylar” İnformasiya Agentliyinin və eyniadlı qəzetin təsisçisi, tarixçi, publisist Yunus Oğuzun “Ovçu” adlı tarixi romanının təqdimat mərasimi keçirilib.
Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlqələr Mərkəzi Oman Mədəniyyət Klubu ilə ədəbi-mədəni əməkdaşlığını davam etdirir. Bu çərçivədə tanınmış şərqqşünas alim, professor İmamverdi Həmidovun rəhbərliyi altında f.ü.f. d. M. Həmidov, E.Zeynalova, Xosrov və S.M.Əsridən ibarət tərcümə qrupu “Oman haqqında məqalələr” kitabını hazırlayır. Kitabın bir fəsli Omanın və ümumiyyətlə ümumislam dünyasınının məşhur mədəniyyət və ədəbiyyat adamlarından, söz və mətbuat sahəsində çalışan xadimlərindən bəhs edir, ensiklopedik məziyyət daşıyır. O insanlardan birini təqdim edirik.
Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin və Azərbaycan Yazıçılar Birliyinin (AYB) Sumqayıt bölməsinin birgə təşəbbüsü ilə Birliyin sədri, Xalq yazıçısı Anarın Sumqayıtda oxucularla görüşü keçirilib.
Moskva payızına xas olmayan isti və günəşli sentyabr günündə Moskva Millətlər evində, “Şəhriyar” Ədəbi-Mədəni Cəmiyyətinin təşkilatçılığı ilə Türkiyənin və Azərbaycanın tanınmış şairləri - İLESAM (Türkiyə Elm və Ədəbi Əsər Sahiblərinin Məslək Birliyi) başqanı Mehmet Nuri Parmaksız və Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi, Gənc Şairlər Birliyinin sədri Xəyal Rza ilə görüş keçirildi.
Görüşdə Moskvada yaşayan şair və yazıçılar, jurnalistlər, Nicat – Azərbaycan İrsinin Dirçəlişi cəmiyyətinin üzvləri, eləcə də türk, tatar və qırğız diasporasının nümayəndələri iştirak edirdilər.
Tarix elmləri doktoru, Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının üzvü şair Əşrəf Hüseynli görüşü açaraq qonaqları və tədbir iştirakçılarını salamladı. O, şair Mehmet Nuri Parmaksız və Xəyal Rzanın yaradıcılığı haqda geniş məlumat verərək, onların Moskvaya gəlişinin türk dünyası üçün önəmli bir hadisə olduğunu qeyd etdi:“Türk və Azərbaycan ədəbiyyatına xidmət edən iki önəmli şəxsiyyət bu gün Moskvaya təşrif buyurub. Bu, ədəbi əlaqələrimizin möhkəmlənməsinə doğru atılan addımlardan biridir.Və biz inanırıq ki, bu gəliş ilk olsa da sonuncu olmayacaq”.
Sonra Əşrəf Hüseynli sözü Moskvadakı türk diasporunun sədri Yusif Şənə verdi. Yusif Şən, Türk diasporasının şair və yazarlarımız arasındakı dostluq əlaqələrinin inkişafına hər cür dəstək verməyə hazır olduğunu bildirdi.
Şair, tərcüməçi Afaq Şıxlı çıxışında dedi: “Bu gün Moskvaya qonaq gəlmiş dostlarımızın hər ikisi – Mehmet Nuri bəy də, Xəyal Rza da söz bayrağını uca tuta biləcək, onun müqəddəsliyini hər kəsə isbatlaya biləcək ədəbiyyat adamlarındandır. Ədəbiyyat, sənət yolunda fədakarlıq edən insanlardır onlar”.
Sonra A.Şıxlı Xəyal Rzanın şeirlərindən bir neçəsini tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Şair və nasir Sultan Mərzili öz çıxışında Qarabağ nisgilindən, Türk dünyasının vahid olmasının labüdlüyündən, eləcə də ədəbiyyatımızdakı problemlərdən söhbət açaraq şeirlər səsləndirdi.
Şair Abbas Ağdabanlı sazda ifanın müşayiətilə Aşıq Şəmşirdən, Dirili Qurbanidən, öz yaradıcılığından misralar səsləndirdi.
Moskva vilayəti Azərbaycanlıları Bölgə Milli Mədəni Muxtariyyətinin vitse-prezidenti Həşim Əliyev öz çıxışında bu görüşün məhz dünyanın ən böyük meqapolislərindən biri olan Moskva şəhərində keçirilməsinin önəmliliyini vurğuladı.
Jurnalist, tərcüməçi Nilufər Şıxlı hər iki söz adamını Moskvada görməkdən çox şad olduğunu qeyd etdi və X.Rza yaradıcılığından tərcümələrini oxudu.
Maya Bədəlbəylinin, Yaşar Süleymanlının özlərinin ifasında səslənən şeirləri rəğbət doğurdu.
Görüşdə “Şəhriyar” ƏMC-nin üzvü Nazim Qurbanov, Balaşixa orta məktəbinin müəllimi Nailə Vəliyeva, Aşıq Mikayıl Azaflının qızı Ulduz Azaflı və digərləri də ürək sözlərini söylədilər.
M.N.Parmaksız və X.Rza tədbir təşkilatçılarına və iştirakçılara dərin minnətdarlıq bildirərək, öz şeirlərini səsləndirdilər.
M.N.Parmaksızın İLESAM-ın Moskva nümayəndəliyinin yaranması və ona şair Əşrəf Hüseynlinin rəhbərlik etməsi barədə təklifi yekdilliklə qəbul olundu.
Görüşün sonunda X.Rzanın iki yaşlı şəhid Zəhraya həsr olunmuş “Zəhram” şeirini müəlliflə N.Şıxlı Azərbaycan və rus dillərində söylədilər.
Tədbir yeni kitabların imzalanması ilə yekunlaşdı.
2012-ci ildən başlayaraq, ənənəvi bayramlardan birinə çevrilmiş Xaqani Poeziya Günləri yenə söz xiridarlarını, sənət adamlarını Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan ulu Şabrana toplamışdı. Gənc Şairlər Birliyi də bu bayrama yeni bir rəng qatmaq üçün VII Beynəlxalq Şairlər Gününü ulu şairin xatirəsinə həsr etmişdi.
İyunun 7-də Beyləqan şəhərində XII əsr Azərbaycanın klassik şairi Mücirəddin Beyləqaninin xatirəsinə həsr olunmuş VII Beynəlxalq Şairlər Günü keçirildi. VII Beynəlxalq Şairlər günününə Beyləqan rayon İcra hakimiyyəti başçısının birinci müavini Telman Məstanov, Azərbaycan Yazıçılar Birliyindən, Türkiyədən, Rusiyadan, Özbəkistan Respublikasından gəlmiş qonaqlar Həzrəti Cərciz Peyğəmbər ziyarətgahında olmuş, sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə və Mücirəddin Beyləqaninin abidəsi önünə gül-çiçək dəstələri düzmüşlər.